İstehsal və inventar üzrə mühasib axtarılır

Mühasib


AVRORA MMC “İstehsal və İnventar üzrə Mühasib ” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
– İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
–  İstehsal xərclərinin bölüşdürülməsi;
–  İstehsal əməliyyatlarının yoxlanılması, plandan kənarlaşmaların aşkar edilməsi;
– Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin
qiymətləndirilməsi və sistemə daxil edilməsi;
– Məhsul resepturalarının sistemə daxil edilməsi;
-Anbar qalıqlarının uçotunun aparılması;
– İnvertarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
-Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
–  Daxili hesabatların hazırlanması və təqdim olunması;
– Debitor və kreditorların uçotunun aparılması.
Tələb olunan bilik və bacarıqlar :
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
-Kollektivde işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
–  Təhsil: Maliyyə və ya mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi;
–  ERP proqramları üzrə biliklər;
–  Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
– İş təcrübəsi : Maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi;
– Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta);
– Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə).
İş şərtlərimiz:
– İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 09:00-18:00;
–  İş yeri : Bakı ş., Aşıq Molla cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
– Əmək bazarında rəqabətli əməkhaqqı;
– İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
-Nahar;
– Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları;
-Həyat yığım sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal və inventar üzrə Mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]