Vakansiya: Texniki ofis mühəndisi axtarır
İşəgötürən: Avro – Asiya İnşaat Korporasiyası “Evrascon” ASC
Vakansiya: Texniki ofis mühəndisi
Son tarix: 10 iyul 2022
Tələblər:
-Ali təhsil (inşaat mühəndisi (Mülki inşaat,nəqliyyat tikintisi mühəndisliyi sahələri üzrə);
-Yaş həddi 35 yaşadək;
-Texniki şöbədə 3 ildən az olmayan iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət),
-İngilis dili (upper intermediate);
-Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
-Müstəqil iş bacarığı,işində məsuliyyətlilik
-Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;
-Kompüter bilikləri: MS Office proqramları və AutoCad;
-Ezamiyyətlərə hazırlıqlı olması
İşin təsviri:
-Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi
-Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi.
-Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi.
-Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı
-Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi.
-Qiymətləndirmə üçün hesabatların aparılması
İş qrafiki:
-Bazar ertəsi – Şənbə:
-Nahar şirkət tərəfindən təmin olunur
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (texniki ofis mühəndisi) vakansiyanın adını qeyd edəsiniz.
Vakansiyalar
- 2 ay, 1 həftə, 4 gün, 5 saat, 11 dəq
- 3 ay, 1 həftə, 4 gün, 7 saat, 4 dəq
- 6 ay, 2 həftə, 2 gün, 1 saat, 49 dəq
-
6 ay, 3 həftə, 6 gün, 21 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 gün, 5 saat, 18 dəq