RD SMART elektronika mühəndisi axtarır
İşəgötürən: RD SMART
Vakansiya: Elektronika mühəndisi
Son tarix: 06 iyul 2022
Vəzifə öhdəlikləri:
-Avadanlıqların tənzimlənməsi, sazlanması işlərini görmək, texniki baxışın keçirilməsi, diaqnostika- profilaktika işlərin aparılması
-Mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək
-Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ şəkildə aradan qaldırmaq, düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması.
Namizədə tələblər:
-Ünsiyyət qurabilmə, azərbaycan və rus dillərində səlist danışıq bacarığı olmalıdır(Ingilis dili bilənlərə üstünlük veriləcək)
-Kompüter bilikləri: İnternet, Microsoft Office
-Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
-Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
-Elektronika-Avtomatika sahəsində ali təhsil
-Elektronika sahəsində ən azı 3 il iş təcrübəsi
-Elektrik çertyojların və sxemlərin oxuma bacarığı
İş qrafiki: Həftə içi 6 gün saat 09:00-dan 18:00-dək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 iyul, 2022-ci il tarixinədək [email protected] , [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Elektronika mühəndisi göstərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 3 saat, 42 dəq
- 3 ay, 1 həftə, 5 gün, 5 saat, 35 dəq
- 6 ay, 2 həftə, 3 gün, 20 dəq
-
6 ay, 4 həftə, 19 saat, 51 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 3 saat, 49 dəq