Zeta Group xərclər üzrə nəzarətçi axtarır (Cost Controller)

İşəgötürən: Zeta Group
Vakansiya: Xərclər üzrə Nəzarətçi (Cost Controller)
Son tarix: 17 iyul 2022
Namizədə tələblər:
-Yaş: 20-40
-Təhsil: Ali olması üstünlükdür.
-İş təcrübəsi: minimum 1 il iş təcrübəsi. (anbar-istehsal sahəsində olması üstünlükdür)
-Dil bilikləri: Azərbaycan (əla), Rus və inglis dili bilikləri üstünlükdür
-Kompyuter bilikləri: MS Excel (əla), 1С (işləmə məntiqi barədə anlayışı olan)
Şəxsi keyfiyyətlər:
-Yüksək riyazi və məntiqi təfəkkür
-Analiz etmə bacarığı
-Dəqiqlik və diqqətlilik
-Komandada işləmə bacarığı
-Maliyyə hesabatçılıq qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
-Yeməkxanın satışlarının sistemə daxil edilməsi (1C ERP Sistem)
-Xüsusi hazırlanmış cədvəldə aylıq xərclər üzrə hesabatın hazırlanması
-Mətbəx və bar nöqtələrində satılan mallarının gündəlik yoxlanışı
-Həmin satışların proqram vasitəsilə restoran üzrə silinməsi
-Yeməkxananın xərclər üzrə hesabatın gündəlik hazırlanması
-İstifadəyə yararsız malların yoxlanılması, aktlaşdırılması və sistemdən silinmə əməliyyatın yerinə yetirilməsi
-1C ERP sistemində dövriyyənin yenilənməsinə nəzarət
-Anbardan işçi yeməkxanasına istifadə edilən malların sistemə daxil edilməsi
-Aylıq mətbəx və barların mal sayımında iştirak etmək və sayılmış malların sistemə daxil edilməsi
-Düzgün məhsul/xidmətlərin gözlənilən maya dəyəri ilə alındığından əmin olmaq üçün fakturaların təhlil edilməsi
-Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş Büdcə ilə bərabər olmasını yoxlamaq
-Audit hesabatları da daxil olmaqla, Maliyyə şöbəsi tərəfindən verilmiş bütün aylıq maliyyə hesabatları, xərclər üzrə hesabat, büdcə və proqnozlaşdırma hesabatlarının düzgünlüyünə nəzarət etmək. Müntəzəm olaraq aylıq sınaq balansını gözdən keçirmək
-Məhsulun vahid dəyərinin təhlilinə nəzarət etmək və xərclərin azaldılması ilə bağlı olan sahələri müəyyənləşdirmək və məsləhət vermək.
İş şərtləri:
-İş vaxtı 09:00 – 18:00 (zərurət yarandıqda qeyri – iş vaxtı tapşırıqlar verilə bilər)
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
-Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir
Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 1 saat, 11 dəq
- 2 gün, 1 saat, 13 dəq
- 2 gün, 1 saat, 15 dəq
- 2 gün, 1 saat, 18 dəq
- 2 gün, 1 saat, 22 dəq