Mağazaya nəzarətçi tələb olunur

İşəgötürən – Levata Group
Vəzifə – Nəzarətçi (mağaza)
İş şəraiti:
-İş qrafiki: II növbəli 10:00- 21:00 ( 10:00-17:00; 14:00-21:00)
-İstirahət – həftədə 1 gün.
-Maaş – 400 AZN
-İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
İşçiyə olunan tələblər:
-Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə təyin edilmiş obyekti iş saatları ərzində nəzarət etmək
-Obyektin nəzarət kameralarının və siqnal aparatlarının işlək vəziyyətini təmin etmək
-Obyektə məxsus bütün seyflərə daim nəzarət etmək
-Obyektdə mal itkisinə və oğurluğa yol verilməməsini təmin etmək
-Müştərilərin mağazaya rahat daxil olub, çıxmağını təmin etmək
Vəzifənin adını qeyd edərək e-mail adresinə [email protected] göndərə bilərsiniz.
Elanın bitmə tarixi – 12.01.2023
Şirkət haqqında
LEVATA GROUP şirkəti öz fəaliyyətini 2006-cı ildən başlayaraq aparır. Bu gün şirkət Bakıda Ant Hill, Faro və Vitrage kimi multi-brend, həmçinin Pandora və Montegrappa kimi konseptual mağazalar ilə təqdim olunur. Şirkət lüks aksesuarların, klassik və dizayner zərgərlik məmulatlarının satışı üzrə ixtisaslaşmışdır.
Peşəkar xidmət səviyyəsi və müxtəlif qiymətli geniş çeşid imkanı LEVATA GROUP şirkətinə məxsus mağazaları fərqləndirən amillərdir.
LEVATA GROUP Magerit, Favero, Giorgio Visconti, Claudio Fiorentino, Penny Preville, Parla, Montegrappa, Alcozer&J, Pandora, Nomination, Tous, Rebecca, Vintage in Villa, Dueci Bijoux kimi tanınmış zərgərlik brendləri ilə əməkdaşlıq edir. Sadalanmış brendlər ilə yanaşı şirkət Selvi, Hokuma Jewellery və Dastan kimi milli layihələrin təqdimatına xüsusi diqqət yetirir.
Vakansiyalar
- 23 saat, 59 dəq
- 2 gün, 54 dəq
- 2 gün, 1 saat, 8 dəq
- 2 gün, 19 saat, 31 dəq
- 2 gün, 19 saat, 36 dəq