SƏBA-ya “Təftiş və Nəzarət şöbəsinin Mütəxəssisi” tələb olunur

İşəgötürən – SƏBA
Vəzifə – Təftiş və Nəzarət şöbəsinin Mütəxəssisi
İş yeri: Bakı, Xırdalan şəhəri, H.Əliyev pr.1
Şöbə: Daxili Audit və Nəzarət Departamentinin Təftiş və Nəzarət Şöbəsi
Hesabat verir: Daxili Audit və Nəzarət Departamentinin Təftiş və Nəzarət Şöbəsinin müdirinə.
Namizədə tələblər:
-Sahə üzrə ali təhsil
-Müvafiq sahədə iş təcrübəsi: 2 ildən artıq
-Təftiş və nəzarət prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması
-Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
-Kompüter savadlığı və müvafiq proqram təminatı ilə işləmək bacarığı.
-Ezamiyyələrdə iştirak etmək imkanı.
Əsas vəzifə öhdəlikləri:
-İllik Təftiş planınına uyğun təftiş prosedurlarını həyata keçirmək;
-Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
-Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin təftişini aparmaq;
-Normativ-hüquqi aktların və müəssisədaxili qaydaların icra vəziyyətinin, Şirkətin strateji planının həyata keçirilməsinin, bütün struktur bölmələr üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının təftişini aparmaq;
-Vəzifəsinin mahiyyətinə aid olan, Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
İş şəraiti:
-Həftəiçi 5 gün.
-Saat: 09:00-18:00
-İstirahət günləri: Şənbə və bazar günləri
CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
Vakansiyalar
- 8 saat, 5 dəq
- 15 saat, 45 dəq
- 16 saat, 38 dəq
- 1 gün, 9 saat, 58 dəq
-
1 gün, 10 saat, 42 dəq
Mebel istehsalı üzrə nəzarətçi tələb olunur- MAAŞ 1500 MANATADƏK