Növbə rəisi tələb olunur (metallurgiya sahəsi üzrə)

İş elanını dərc edən – AzerGold CJSC
Vakansiya – Növbə rəisi (metallurgiya sahəsi üzrə) / CİL zavodu
İŞ YERI: Daşkəsən rayonu
VAKANSIYA SAYI: 1
SON MÜRACIƏT TARIXI: 28.02.2023
Qeyd olunan LİNKƏ keçid edərək vakansiyaya birbaşa müraciət edə bilərsiniz.
Əsas vəzifə və öhdəliklər:
-Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
-Topa aşındırma sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına nəzarət etmək;
-Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
-Qızıl axınının ölçülməsinə nəzarət;
-Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək;
-Aylıq sütun (yığın) testlərinin təşkili, Topa qələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarət etmək;
-Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək;
-Sianidlə leach performansın və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək;
-Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək;
-Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
-Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
-Şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək;
-Topa qələviləşdirmə sahəsində lazım olan sementin yoxlanılması üçün sement istifadə testinin aparılmasına nəzarət etmək;
-Topa qələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək;
-Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
-Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
-Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
-Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
-Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
-Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Müvafiq qanunvericilik aktları və normalarını;
-Hasilat norma və qaydalarını bilməli;
-Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
-Kimya mühəndisliyi və metallurgiya ixtisası üzrə ali təhsil;
-Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
İş qrafiki:
-Növbəli iş rejimi
Vakansiyalar
-
2 gün, 10 saat, 58 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 13 saat, 57 dəq
-
2 gün, 13 saat, 58 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 14 saat, 1 dəq
- 2 gün, 14 saat, 3 dəq