Nəzarətçi tələb olunur

Nəzarətçi


İşəgötürən – Melissa Group

Vəzifə öhdəlikləri və iş barədə məlumat:

Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək

Buraxılış nəzarət sisteminin həyata keçirilməsi

Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək

Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək

Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək

Hadisələrə qarşı diqqətli davranmaq

Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq

Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək

Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək

Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq

Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək

Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq

Növbə zamanı  xüsusi geyim formasında olmaq

Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək

Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək

Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək

Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək

Namizədə dair tələblər:

Yaş: 20-40

Cinsi: kişi

Boyu: 170 sm

Həqiqi hərbi xidməti başa vurmuş

Təhsili: Tam orta və ya peşə təhsili

Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir

Rus dilini bilməsi üstünlükdür

Çevik və doğru qərar vermə bacarığı

Məhkumluluğunun olmaması

Əlavə məlumat:

Əməkhaqqı: 600 AZN 

İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur 

CV-lərinizi   [email protected]   ünvanına “Nəzarətçi” başlığı ilə göndərməyiniz və ya   https://melissagroup.az/vakansiyalar   bölməsindən müraciət etməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]