Mebel istehsalı üzrə nəzarətçi tələb olunur- MAAŞ 1500 MANATADƏK

İşəgötürən – Materre Mebel
Vəzifə: Mebel istehsalı üzrə nəzarətçi
Namizədə dair tələblər:
– Təhsil: Ali təhsil, (Memar və ya dizayner sahələri üzrə ali təhsil)
– Kompüter bilikləri: MS Office proqramları, Autocad və digər kömpüter bilikləri əlavə üstünlük hesab
olunur,
– Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
– İş təcrübəsi: Mebel sahəsində 3 ildən artıq iş təcrübəsi.
– Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
– Mürəkkəb konfiqurasiyalı klassik, modern və s. üslubda mebellərin istehsalına nəzarət edilməsi, smeta
hesabatlarının çıxarılması, mebel sexinin gündəlik işinə nəzarətin edilməsi və lazım olduqda düzəlişlərin
edilməsi üçün göstərişlərin verilməsi,
– Dizayner tərəfindən verilən layihələrin və çizimlərin düzgün oxunması və ustalar tərəfindən düzgün
istehsal edilməsinə nəzarət.
-Konstruksiya işlərinə nəzarət.
Bilik və bacarıqlar:
– Müasir və klasik üslub istiqamətlərini bilməsi,
-Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
– Konstruksiya ilə işləmə qabiliyyəti,
– Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
-Müştəri ilə işləmə qabiliyyəti;
– Mebelin çeşidi və quruluşunu;
– Müxtəlif üzlük materiallarının çeşidi, xüsusiyyəti, keyfiyyəti və təyinatını;
-Mebel ləvazimatlarının ümumi və xüsusi istifadə qaydasını;
– Mebel avadanlıqlarının növünü, istifadəsini və texniki imkanlarını;
-İş qrafiki: bazar ertəsi- şənbə 09:00-18:00
-İş yerinin ünvanı: Dərnəgül qəsəbəsi (Çingiz Xan Restoranının arxası)
-Əmək haqqı: 1200-1500 AZN (sınaq müddəti bitdikdən sonra əmək haqqı dəyişimi nəzərə alınacaqdır)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “mebel istehsalı üzrə nəzarətçi” adını qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 4 gün, 3 saat, 13 dəq
- 4 gün, 8 saat, 54 dəq
- 4 gün, 8 saat, 58 dəq
- 4 gün, 9 saat, 4 dəq
- 5 gün, 8 saat, 20 dəq