Yük avtomobillərin satışını edən şirkətə “Müştəri Xidmətləri Bölməsinin Rəhbəri” axtarılır

Direktor/Sədr


“Grand Motors Company” “Müştəri Xidmətləri Bölməsinin Rəhbəri” pozisiyasını vakant elan edir.

Namizədə olan tələblər:

-Təhsil: Kommersiya, Biznesin İnkişafı və oxşar ixtisaslar üzrə ali təhsil;

-Müştəri Xidmətləri sahəsində 5 il təcrübə;

– Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və danışıq;

-MS Office proqramlarında sərbəst işləməyi bacarmalı;

– 1C proqramı üzrə biliklər arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Sənəd axınına nəzarət;

– FAQ şablonlarının hazırlanması və təkmilləşdirilməsi;

– CRM mərhələlərinin keçidlərinə nəzarət;

– İmtina səbəblərinin qeydiyyatını aparmaq və hesabatlar tərtib etmək;

– Korporativ satışdan daxil olan müraciətlərin təhlili, araşdırılması və müvafiq şöbələrə yönləndirilməsi;

-Yeni müştərilərin cəlb edilməsi.

İş şərtlərimiz:

– Əmək haqqı: 1800 – 2000 AZN;

– İş qrafiki: həftə içi 5 gün, saat 08:30 – 17:30;

-İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri Bölməsinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

“Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]