Yük avtomobilini idarə edən sürücü axtarılır

İşəgötürən: Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC
-Vakansiya: Sürücü
– Maaş : vəzifə maaşı + bonus
-Şəhər-Bakı
-Yaş- 22 – 45 yaş
Təhsil- Orta
-İş təcrübəsi- 1 ildən 3 ilə qədər
-Elanın tarixi- May 26, 2022
-Bitmə tarixi- İyun 25, 2022
-Əlaqədar şəxs – Səbinə x
-E-mail- [email protected]
İş barədə məlumat
– Məhsulların satış nöqtələrinə vaxtında çatdırılması
– Sifarişlərin qaimə üzrə müştəriyə təhvil verilməsi
– Məhsulların yükləməsinin və boşaldılmasının təmin edilməsi
– Geri qaytarmaların qaimə üzrə geri daşınması və anbara təhvil verilməsi
– Təyin olunmuş rutun icrası, ondan kənarlaşmamaq, müvafiq problemlər haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq
– Ehtiyac yarandığı zaman şirkətin digər məhsullarının verilmiş rut üzrə daşınması
– Maliyyə axının və kassa üzləşməsinin şirkətdaxili prosedura uyğun həyata keçirilməsində bilavasitə iştirak
– Ona təhkim olunmuş avtomobil və digər şirkət əmlakının doğru istismarına məhsuliyyət, ortaya çıxan və çıxa biləcək problemlər haqqında vaxtında rəhbərliyini məlumatlandırmaq
– Şirkətdaxili müvafiq sənəd dövriyyəsinin qaydalara uyğun aparılmasına cavabdehlik
– Texniki problemlər haqqında rəhbərliyi və texniki bölməni vaxtında məlumatlandırmaq
– Şirkətin daxili nizam-intizam qaydalarına və işgüzar xarici görkəm standartlarına riayət etmək
– 6 günlük iş rejimi
– Karyera prespektivi
– Əmək haqqı: vəzifə maaşı + bonus
– Nahar yeməyi şirkət tərəfindən təmin olunur
Namizədə tələblər
– BC kateqoriyalı sürücülük vəsiqəsi
– İri qabaritli yük avtomobillərini idarə etmə bacarığı və təcrübəsi
– Bakı şəhərinin müvafiq ərazilərini yaxşı tanımaq
– Satış şirkətində ən az 2 il iş təcrübəsi, FMCG sahəsində işləyənlərə üstünlük veriləcək
– Ünsiyyət qurma bacarığı, icraçılıq, komandada işləmə qabiliyyəti, operativlik və stresə davamlılıq
Tələblərə uyğun namizədlərdən CV-lərini “Sürücü” başlığı altında [email protected] e-ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 gün, 16 saat, 55 dəq
- 5 gün, 16 saat, 45 dəq
- 5 gün, 16 saat, 48 dəq
- 6 gün, 10 saat, 3 dəq
- 6 gün, 10 saat, 45 dəq