Yük avtomobili sürücüsü tələb olunur

Sürücü


İşəgötürən – Tikinti şirkəti

Qaldırıcı səbət və mobil kran sürücüləri üçün tələb olunan sertifikat mütləqdir.

Vəzifə (peşə) funksiyaları:

Bütün işlərin Sağlamlıq və Təhlükəsizlik Siyasətinə uyğun yerinə yetirilməsi;

Nəqliyyat vasitəsinin istehsalçı müəssisəsi tərəfindən müəyyən olunmuş  istifadə qaydalarına riayət etməli;

Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamalı, hər hansı nasazlıq aşkar edərsə təmir məntəqəsinə aparmalı və təmir olunduqdan sonra istifadə etməli;

Xüsusi təyinatlı nəqliyyat vasitələrinin idarə olunması (yanacaq daşıyan və kran səbət avtomobilinin idarə olunması);

Müvafiq icra hakimiyyəti orqanından tələb olunan təhsilin və icazə sertifikatının olması;

Tələb olunduqda şirkət minik avtomobillərinin idarə edilməsi 

Nəqliyyat vasitəsini istifadə etdiyi zaman avtonəqliyyat vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi diqqət etməli;

Yüklərin lazımi məntəqəyə çatdırılmasını zamanında təmin etməli;

Avtomobilin lazımi mayelərlə (yanacaq, yağ, antifriz və s.) vaxtlı-vaxtında təmin olunmasına nəzarət etməli;

Nəqliyyat vasitəsinin istifadədən öncə müəyyən olunan qaydada yoxlanılması;

Diaqnostika və Texniki təmirdən keçməyə diqqət yetirməli, hər hansı bir nasazlıq ortaya çıxdığı halda, nəqliyyat vasitəsi təmir olunmamış yola çıxmamalı;

Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.

Yük avtomobil sürücüsü  aşağıdakılara məsuliyyət daşıyır:

Qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində bu vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə borclarını yerinə yetirmədikdə və lazımi qaydada yerinə yetirmədikdə;

Məxfi məlumatları saxlamaqda;

Tələblər:

Yaş həddi 25-55;

Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası (BC);

Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;

CV-ni müraciət etdiyiniz vəzifənin adını (Yük avtomobili sürücüsü) məktubun mövzu xanasında qeyd etməklə   [email protected]  adresinə  göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 10.10.23

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]