Sürücü tələb olunur

Sürücü


İşəgötürən – Luxoil



İş barədə məlumatlar:

Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasında yüklərin daşınması üçün sürücü tələb olunur.

Yük maşını: Özüboşaldan (qoşqulu) yük maşını

Əməkhaqqı: 1000 ₼ -dan başlanır və işə görə hesablanır (təxminən 1000-1500₼)

İş qrafiki: Sifarişlərdən asılı olaraq qeyri-müəyyən vaxtda başlanılmaqla gündəlik 8 saat iş rejimi

Vəzifə öhdəlikləri:

Sifariş daxil olduğu vaxtdan ən qısa müddət ərzində nəqliyyat vasitəsi yükləmə üçün nəzərdə tutulmuş məntəqəyə çatdırılması

Yükün təyinat məntəqəsinə vaxtında və təhlükəsiz daşınması

Yükü müşayiət edən sənədlərin yükləmə məntəqəsində qəbul edilməsi və təyinat məntəqəsində təhvil verilməsi.

Yükün yükləmə nöqtəsindən təyinat nöqtəsinə fasiləsiz (sürücünün normativlərə uyğun olaraq özünün istirahəti üçün zəruri olan fasilə xaric) daşınmasını təmin etmək üçün nəqliyyat vasitəsinin (qoşqulu olduqda qoşqu ilə birlikdə) sənədlərinin və sürücüyə aid sənədlərin və digər sənədlərin, o cümlədən sərhədkeçmə prosesi zamanı xarici pasportun sürücünün üzərində olması

Tələb olunan şərtlər:

Məsuliyyətli, Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını mükəmməl bilməli, 

Beynəlxalq yükdaşıma təcrübəsinin olması üstünlükdür

Yaş: 25-45 yaş arası

Sürücülük vəsiqəsində “E” kateqoriyasının olması

Xarici pasportun olması vacibdir.

Ünvan: Bakı şəhəri AZ1110, Aşıq Alı Qızılvəngli küçəsi 14, 52

Qeyd: Namizədlərdən CV-lərini   [email protected]   elektron poçt ünvanına mövzu yerində “Sürücü” başlığı yazmaqla göndərmələri xahiş olunur

Əlaqə : (+99470) 946 45 46

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]