Sürücü tələb olunur – (Yarım Ştat)

Sürücü


Işəgötürən – Sinteks Group of Companies



Sinteks Şirkətlər qrupuna hal hazırda Yarım Ştat iş qrafiki üzrə Sürücü tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Şirkət məhsullarını nəqliyyat vasitəsi ilə ünvanlara çatdırılması.

Vəzifə öhdəlikləri:

Müştəri ünvanlarına və mağazalararası məhsulların çatdırılması;

Məhsulların təhvil-təslim prosesinin həyata keçirilməsi;

Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icra edilməsi;

Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl edilməsi.

İş qrafiki:

Yarım Ştat: bir gündən bir (06:00 – 14:00)

Əsas tələblər: 

Ərazi:

Xəzər rayonu (Mərdəkan, Buzovna, Şüvəlan, Binə, Qala, Şağan) ərazisində yaşayan namizədlərə üstünlük verilir

Təhsil:

Orta təhsil

Təcrübə:

Sürücülük təcrübəsi (minimum 3 il).

Professional biliklər:

Sürücülük vəsiqəsi (BC kateqoriya).

Ərazini yaxşı tanımalı.

Professional bacarıqlar və kompetensiyalar: 

Kollektivdə işləmə bacarığı.

Stressə davamlılıq.

Məsuliyyət.

Diqqətli.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sürücü (Yarım Ştat)” qeyd edərək   [email protected]    elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]