Sürücü axtarılır – (yük avtomobili)

Sürücü


İşəgötürən – Fortis Group

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

Yaş həddi 25-55;

Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası ;

Müvafiq sahə üzrə iş təcrübəsi;

Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;

Diqqətli və məsuliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

Xəttə çıxış zamanı növbətçi mexaniklə birlikdə avtomobillərin aqreqat və mexanizmlərini yoxlamaq.

Avtomobildə təmir üçün lazım olan alətlər, tərtibatlar və qurğuların saz vəziyyətdə olmasını yoxlamaq. 

Nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı müvafiq təhlükəsizlik normalarına və qanunlara riayət etmək,  təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etmək.

Hərəkət intensivliyindən asılı olaraq avtomobilin sürətini düzgün seçmək, yaşayış məntəqələrində sürət rejiminə və müvafiq qaydalara ciddi riayət etmək.

Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək.

Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə olması və komplektliyini yoxlamaq, o cümlədən əyləc sisteminin, sükan idarəsinin, qapıların, güzgülərin saz vəziyyətdə olduğuna əmin olmaq.

Nəzarət ölçü cihazlarının (spidometr, manometr, taxometr) işləməsinə diqqət yetirmək.

Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın cavabdehliyini daşımaq.

Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın sağlam şəkildə çatdırılmasını təmin etmək.

Hər hansı bir hadisə zamanı nəqliyyat vasitəsini operativ şəkildə idarə etmək. 

İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.

Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

Nahar ilə təmin edilir.

İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Sürücü (yük avtomobili)” yazaraq   [email protected]    adresinə göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]