Yol və nahar xərci şirkətdən olan İŞ

Müdir


İş Yeri: ATS Food

Vəzifə – “Planlama Departament müdiri”
İş məkanı: Sumqayıt

Tələblər:
Təhsil: Ali Təhsil (Maliyyə, MBA üzrə təhsilə üstünlük verilir)
Dil bilikləri: Azərbaycan dili (Əla), İngilis dili (Əla) Rus dili (Əla),
İş təcrübəsi: Planlama üzrə 5 il təcrübə, rəhbər vəzifədə 2 il iş təcrübəsi
Komputer biliyi: MS Excel proqramını yüksək səviyyədə bilməli, MRP ilə işləmək bacarığı (bilməsi üstünlükdür),

Vəzifədən gözləntilər:
1. Aylıq satış və əməliyyatların planlaşdırılması prosesinə rəhbərlik etmək və idarə etmək.
2. Struktur rəhbərinə işin effektivliyinin artırılmasına təsir edəcək təkliflər vermək.
3. Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirtmək.
4. Əlavə dəyər yaradan marketinq məlumatları ilə statistik proqnozu davamlı şəkildə genişləndirmək üçün proaktiv məlumat axınına dəstək vermək.
5. İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək.
6. Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasını təmin etmək.
7. İşin optimallaşdırılması üçün gərəkli hesabat formalarını əldə etmək.
8. Struktur işçilərinə, işin prosesinə nəzarət etmək və bir başa təsir etmək.
9. Bütün biznes vahidlərinin gəlirliliyinin qiymətləndirilməsi və xərclərə nəzarət edilməsi üçün məlumatları əldə etmək.
10. Satış, marketinq və tələb planlama arasında məlumat mübadiləsi prosesini təşkil etməli;
11. Prioritetləri müəyyənləşdirmək və proqnoz dəyərini artırmaq.
12. Əlavə dəyər yaradan marketinq məlumatları ilə statistik proqnozu davamlı şəkildə genişləndirmək üçün proaktiv məlumat axınına dəstək vermək.
13. Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək.
14. Şirkətlərin yeni məhsullarının gəlirliliyini hesablamaq və təhlil etmək.
15. Təyin edilmiş bazarlar ilə əlaqəli kommunikasiya, proseslər, nəticələr və işləmə üsullarının davamlı təkmilləşdirilməsinə səy göstərmək
16. Digər struktur rəhbərləri ilə ümumi işlər ilə bağlı müzakirələr aparmaq.
17. Rəhbərlik tərəfindən verilmiş qərarlara və tapşırılmış işlərə öz fikirlərini və rəyini bildirmək.

Vəzifə üzrə səriştələr:
– Məsuliyyətlilik və sahiblənmə
–  Keyfiyyətlilik və effektivlik
–  Müştəri xidməti yönümlülük
– Çeviklik
– Detallara diqqətlilik
– Analitik riyaziyyat
–  Problemləri həll etmə
– Hesabatvermə
-Təqdimat hazırlamaq qabiliyyəti

İş Şərtləri
-Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
-İş rejimi: 09:00-18:00
-Servis: Var
-Yemək : Var
 Uyğun namizədlər CV-lərini “Planlama Departament müdiri” başlığıilə [email protected] ünvanına göndərə bilərlər.

2. Vakansiya – “Nəqliyyat Şöbə Müdiri”
İş məkanı: Sumqayıt
Tələblər:
-Təhsil səviyyəsi: Ali təhsil (iqtisadiyyat, logistika istiqaməti üzrə)
-İş təcrübəsi: Nəqliyyat sahəsinin idarə edilməsi üzrə 2 il
-Dil bilikləri: Azərbaycan (əla), Rus (orta), İngilis (orta)
-Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər
 
Vəzifədən gözləntilər: 
1. Nəqliyyat işinin təşkili və idarə olunması;
2. Nəqliyyat vasitələrinin gündəlik təmir və digər işlərinin təşkili;
3. Şöbə əməkdaşlarının işlərinə nəzarət edilməsi;
4. Təmir sexinin işinə nəzarət edilməsi;
5. Yanacağa nəzarət prosesi
6. Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması
məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
7. Şöbəyə məxsus sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
8. İşin təhlükəsiz təşkil edilməsinə nəzarət edilməsi;
9. Şöbəyə aid sifarişlərin yoxlanılıb araşdırıldıqdan sonra təsdiq və ya
sifarişin ləğv prosesinin icra edilməsi;
10. Müştərilərə və anbarlar arası yük daşımalarının vaxtı-vaxtında
çatdırılmasının təşkili;
11. Şöbə əməkdaşları ilə mütəmadi iclasların təşkil edilməsi.

Vəzifə üzrə səriştələr:
–  Məsuliyyətlilik və sahiblənmə
–  Keyfiyyətlilik və effektivlik
–  Müştəri xidməti yönümlülük
–  Münaqişənin idarəedilməsi
–  Problemləri həll etmə
–  Planlama və Təşkilatçılıq
–  Hesabatvermə
–  Risklərin idarəedilməsi
–  Vaxtın idarə edilməsi
–  Nəticə yönümlülük

İş Şərtləri
Əmək haqqı: Razılaşmaya uyğun olaraq
İş rejimi: 5 gün (həftəiçi)
Servis: Var
Yemək: Var
 
Maraqlananların emaildə “Nəqliyyat Şöbə Müdiri” yazaraq cv-lərini [email protected] ünvanına göndərməyi xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]