Yelo Bank nəzarətçi axtarır
İşəgötürən: Yelo Bank
Vakansiya: Nəzarətçi
Son tarix: 08 oktyabr 2022
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bank təhlükəsizliyi departamentində Nəzarətçi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Nəzarətçi” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.
Struktur: Bank təhlükəsizliyi departamenti
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
-Bank təhlükəsizliyinin təşkili məsələləri üzrə normativ və təlimat sənədlərini, nəzarətçilərin fəaliyyətləri ilə bağlı digər təşkilati və tənzimləyici sənədləri bilmək;
-Obyektin mühafizəsi üzrə hazırki vəzifə təlimatının və nəzarətçinin xidməti fəaliyyətini tənzimləyən digər sənədlərin tələblərini şərtsiz yerinə yetirmək;
-Bank təhlükəsizliyinin təmin edilməsi xüsusiyyətlərini, Bankda tətbiq olunan texniki mühafizə vasitələrinin və yanğından müdafiə vasitələrinin xüsusiyyətlərini bilmək, onlardan istifadə etməyi bacarmaq;
-Bankın işçilərinin, müştərilərinin və ziyarətçilərinin, həmçinin əmlakının təhlükəsizliyinə nəzarəti təmin etmək;
-Bankda müəyyən edilən buraxılış rejimini həyata keçirmək və obyektdaxili rejimə riayət olunmasına nəzarət etmək;
-Postda olan xidməti sənədləşməni səliqəli və düzgün aparmaq;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinin qaydalarını və normalarını şərtsiz yerinə yetirmək;
-Departament nəzarətçiləri ücün nəzərdə tutulmuş tələblərə cavab verən peşəkar hazırlığın lazımi səviyyədə saxlanılması;
Postda təmizliyi və nizamı saxlamaq;
-Bankın işçilərinə, müştərilərə və ziyarətçilərə mehriban və səmimi münasibət göstərmək;
-Bankın obyektlərində baş verən hadisələr və pozuntular barədə dərhal növbəyə rəhbərlik edən baş nəzarətçiyə məruzə etmək.
Tələblər:
-İş təcrübəsi tələb olunmur, lakin mühafizə bölmələrində iş təcrübəsi olanlara və hərbi xidməti başa vuranlara üstünlük verilir;
-Azərbaycan və rus dilini səlis bilmək;
-Orta təhsil və ya daha yuxarı təhsil;
-Səlis yazılı və şifahi ünsiyyət qurma bacarığı;
-Müşahidə etmək, təhlil etmək, tez qərar qəbul etmək qabiliyyətləri;
-İnsan davranışını təhlil etməyi, aqressiv davranışları qabaqcadan görmək bacarığı;
-Təmkinli olmaq bacarığı;
-Şifahi və yazılı hesabat vermə bacarığı;
-Fövqəladə hallar zamanı ilkin yardım göstərmək bacarığı.
Biz Sizə nə təklif edirik:
-Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
-Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
-Ttibbi sığorta proqramına qoşulma;
-Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 16 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 11 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 4 dəq
- 10 ay, 3 həftə, 3 gün, 9 saat, 49 dəq
-
11 ay, 5 gün, 5 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır