Yapi Kredi Bank korporativ ələqələr üzrə müdir müavini / müdir axtarır

Müdir


İşəgötürən: Yapi Kredi Bank

Vakansiya: Korporativ ələqələr üzrə müdir müavini / müdir

Son tarix: 28 iyul 2022

Vəzifəyə olan tələblər:

-Ali təhsil;

-Qeyd edilən vəzifə üzrə ən azı 2 il və qeyd edilən sahə üzrə isə 5 – 6  il iş təcrübəsi;

-Azərbaycan, türk, ingilis və rus dillərini səlis bilmək, işgüzar yazışmalar aparmaq qabiliyyəti;

-Güclü kommunikasiya qabiliyyəti;

-Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;

-Komandada işləmək bacarığı;

-Planlaşdırma və təhlil bacarığı, xarici bazarlar üzrə araşdırmalar aparmaq  

Funksional Öhdəliklər:

-Daim inkişaf edən texnologiya dünyasını və veb trendlərini izləmək və xəbərdar olmaq;

-Verilən xidməti düzgün şəkildə idarə edə bilmək;

-Həyata keçirilən  hər növ rəqəmsal kampaniyaların dəyərləndiliməsindən, texniki inkişaf və optimallaşdırılmasından cavabdeh olmaq;

-Məhsul dəyərini və tanıtımını artıracaq rəqəmsal media və sosial media strategiyalarını yaratmaq;

-Məhsulun ideya mərhələsindən uğur hekayəsi mərhələsinə qədər 360 dərəcə ünsiyyət və rəqəmsal yanaşmaları tətbiq edərək bütün iş prosesinin idarə edilməsi;

-Müştəri rəyini yaxşılaşdırmaq üçün analitik düşünmə bacarıqlarını tətbiq edərək və axtarış vasitələrindən  istifadə edərək prosessin optimallaşdırma yollarını araşdırmaq;

-Kampaniya planları ilə korporativ idarəetmə büdcəsi arasında balansı səmərəli şəkildə təmin edərək, kampaniyaların həyata keçirilməsinə dəstək olmaq;

-Məhsulun illik kommunikasiya büdcələrini yaratmaq, onlara nəzarət etmək, il ərzində lazımi zamanlarda yoxlamaq və il sonu hədəflərinə görə idarə etmək, büdcəni hər mərhələdə bir üst idarəçinin təsdiqinə təqdim etmək;

-Xidmət alınan 3-cü tərəflərlə əlaqələri koordinasiya etmək, işin keyfiyyətinə nəzarət etmək.

-PR, media planlaması, sahə fəaliyyətləri və sponsorluq fəaliyyətlərinin koordinasiyasını illik ünsiyyət planları və büdcələri istiqamətində koordinasiya etmək;

-Media mənsubları ilə əlaqəni qurmaq, bankın PR strategiyasını hazırlamaq və rəhbərliyə təqdim 

-Lazım olduğu halda, media mənsuları ilə danışmaq və ya görüşmək;

-Banka aid internet saytları və alt saytlarının quruluşu, dizayn və məzmunlarının məhsula uyğunlaşdırmaq, veb səhifədə ediləcək dəyişikliklərlə bağlı digər birimlərdən gələn yeni məzmunların saytda yayımlanmasıı koordinasiya etmək;

-İclas, seminar, sərgi kimi təşkilatlarda əvvəldən yer təsbitlərini etmək, texniki və vizual məlumatları meydana gətirərək texniki xüsusiyyət vermək, istehsal prosesini təqib etmək və quraşdırma-sökmə işlərini təmin etmək;

-Media agentliyi tərəfindən hazırlanan (illik, dövri, aylıq və ya kampaniya ərzində) media strategiyaları, media planlarının idarəsini etmək və effektiv planlaşdırma halına gəlməsini təmin etmək, lazımi büdcəni təyin etmək və ya verilən büdcə daxilində effektiv planı yaratmaq.

CV-lərinizi [email protected] email ünvanına göndərmənizi xahiş edirik. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]