Veysəloğlu MMC satış müdiri axtarır
İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Satış müdiri
Son tarix: 18 may 2022
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi
Təhsil: Müvafiq sahədə ali təhsil (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür).
Yaş həddi: 25-40
İşin təsviri: Satış şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
-Şirkətin məhsulları üçün potensial bazarları müəyyənləşdirmək məqsədilə sorğular keçirmək;
-Mövcud çeşidlərin yeniləri ilə əvəz olunması üçün rəhbərliyə təkliflər vermək;
-Şirkətin müştərilərlə əlaqələrini inkişaf etdirmək;
-Satış proqnozları və strateji planlaşdırmadan istifadə edərək məhsulların rentabelliyi və satışını müəyyənləşdirmək, biznesin inkişafını analiz etmək və bazar tendensiyalarının monitorinqini aparmaq;
-Satış nöqtələri ilə əldə edilən razılaşmaya əsasən (rəf payı, düzülüş) tətbiq edilən kampaniyaların şərtlərinin həyata keçirilməsini yoxlamaq və hesabat halına salmaq;
-Direktor ile birliktə rüblük satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət proqramı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
-Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
-Müştərilərin məlumat bazasının dəqiqlik və mükəmməllik üçün satış proqramlarının monitorinqini təmin etmək.
Tələblər:
-Satış dövriyyəsi sahəsində rəhbər vəzifədə iş təcrübəsinin olması;
-Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq;
-Liderlik qabiliyyəti;
-Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
-Azərbaycan və Rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
-MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
-Ərazidə əsas müştərilərlə əlaqələrin idarə edilməsi və inkişafı
-Aylıq hesabatların hazirlanmasi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Satış müdiri” yazmaqla CV göndərərək müraciət edilir.
Vakansiyalar
-
2 gün, 7 saat, 23 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 6 saat, 15 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 6 saat, 49 dəq
- 5 gün, 55 dəq
- 5 gün, 20 saat, 9 dəq