Veysəloğlu MMC satınalma bölməsinin müdiri axtarır

İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Satınalma bölməsinin müdiri
Son tarix: 26 oktyabr 2022
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
-Şirkətlə əlaqədar təchizat və satınalma fəaliyyətlərinin həyata keçirilməsi
-Layihə tələbləri əsasında potensial təchizatçıları müəyyən edilməsi
-Satıcılar və təchizatçılarla şərtlər əsasında müqavilələrin bağlanmasını təmin edilməsi
-Satınalma strategiyalarını hazırlamaq, rəhbərlik etmək və həyata keçirilməsi
-Risklərin qiymətləndirilməsi və idarə edilməsi
-Biznes üçün səmərəli satınalma prosesini təmin etmək üçün siyasət və təlimatların təyin edilməsi
-Məhsulların qiymət dəyişiklikləri və satış qiymətləri ilə bağlı müvafiq şöbələrin yoxlanması,yenilənməsi
-İlkin seçmə, tenderin idarə edilməsi, danışıqlar və müqavilələrin hazırlanması daxil olmaqla, bütün satınalma və podrat işlərini yerinə yetirilməsi
-Xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional göstəricilərin izlənilməsi və hesabat verilməsi
-Bazarın təhlili,tələb olunan malların daxili və xarici bazarda araşdırılması
Vəzifə tələbləri:
-Ali təhsil (Satınalmaların idarə edilməsi üzrə magistr dərəcəsinə üstünlük verilir)
-Müvafiq sahədə 5 il iş təcrübəsi
-Sənaye və bazar şərtləri haqqında iş məlumatlarının olması
-MS Office , xüsusilə Excel,Power Point proqramını əla bilmək
-Azərbaycan, Rus, və İngilis dillərini səlis bilmək
-Problemləri operativ həll etmək
-Yüksək ünsiyyət bacarığı
-Punktuallıq və detallara diqqət etmə bacarığı
-Analitik düşünmə və təhlil etmə qabiliyyəti
-Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
-Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satınalma bölmə müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 7 saat, 39 dəq
- 8 saat, 25 dəq
- 9 saat, 3 dəq
- 9 saat, 50 dəq
- 9 saat, 51 dəq