Veysəloğlu MMC maliyyə və biznesə nəzarət departamentinin müdiri axtarır

İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Maliyyə və Biznesə Nəzarət Departamentinin Müdiri
Son tarix: 09 sentyabr 2022
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
-Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasına, həmçinin mənfəət və zərər hesabatı, mənfəətlilik təhlillərinin aparılmasına nəzarət;
-Biznes vahidləri və mənfəət mərkəzləri üzrə dövri maliyyə nəticələrinin hazırlanmasını və təhlilini təmin etmək, hesabatların rəhbərliyə təqdimatında aktiv dəstək olmaq;
-Maliyyə planlaması, büdcə və proqnozların hazırlanması prosesinə nəzarət;
-İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanmasına nəzarət etmək;
-Maliyyə və idarəetmə uçotunun təşkilininin düzgün qurulmasına nəzarəti təmin etmək;
-Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək;
-Biznesə nəzarət və maliyyə nəzarəti üzrə analitik təhlil aparılmasını və optimal həlllərin həyata keçirilməsini təmin etmək;
-SAP-də maliyyə və idarəetmə hesabatlılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və SAP komandası ilə bərabər onların icrasına nail olmaq;
-Əməliyyat və maliyyə hesabatlılığının effektivliyini və keyfiyyətini artırmaq məqsədilə proses və sistemlərin təkmilləşdirilməsinə dəstək olmaq;
-Kommersiya və satış funksiyaları ilə effektiv əlaqəni təmin etmək, həmçinin optimal maliyyə nəzarətini təmin etməklə biznes əməliyyatlarına dəstək olmaq;
-Daxili və kənar audit proseslərinə dəstəyi təmin etmək;
-Səhmdarlar və Müşahidə Şurası tərəfindən tələb edilən digər maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsini təmin etmək;
-Xarici və yerli banklara dövri hesabatların və banklar tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatların təqdim edilməsini təmin etmək;
Vəzifə tələbləri:
-Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
-Maliyyə və/və ya kənar audit sahəsində ən azı 5 il təcrübə;
-ACCA və ya analoji sertifikatların olması üstünlükdür;
-Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
-Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Maliyyə və Biznesə Nəzarət Departament Müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
5 saat, 52 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 1 dəq
- 6 saat, 2 dəq
- 6 saat, 4 dəq
- 6 saat, 10 dəq