Veysəloğlu MMC içkilər kateqoriyası üzrə departament müdiri axtarır

İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: İçkilər kateqoriyası üzrə departament müdiri
Son tarix: 29 avqust 2022
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
İşin xülasəsi:
-İçkilər kateqoriyası üzrə departament müdiri bu kateqoriyanın bütün kommersiya strategiyası və ona uyğun satış/marketinq fəaliyyətlərinin həyata keçirilməsindən məsul rəhbərdir.
Vəzifə funksiyaları:
-İçkilər kateqoriyasının inkişafına təkan verəcək həmçinin kateqoriya üzrə bütün brendlərin inteqrasiyalı şəkildə kommersiya strategiyasını hazırlamaq
-Kateqoriya üzrə brendlər arası illik kommersiya planını hazırlamaq
-Yeni biznes imkanlarını və yeni kanalları müəyyənləşdirmək və onlara rəhbərlik etmək
-Ticarət xərcləri və xidmət dəyəri baxımından prioritet kateqoriyaları təyin etmək
-Əsas marketinq və kommersiya proseslərində kateqoriya və perspektiv üzrə alıcı anlayışını inkişaf etdirmək və kanallar üçün yeni satış konsepsiyasını hazırlamaq
-Daxili və xaricdə kateqoriya eksperti kimi fəaliyyət göstərmək
-Kateqoriyanın inkişafı üzrə menecerləri idarə etmək və inkişaf etdirmək
-Strateji əhəmiyyət kəsb edən məhsulların (yeni məhsulların, kampaniyalı məhsulların) satış nöqtələri üzrə distribyusiyasının vaxtında və effektiv həyata keçirilməsini təmin etmək
Vəzifə tələbləri:
-Ali təhsil
-Satış və Marketinq sahələrində minimum 5 il iş təcrübəsi
-İçkilər kateqoriyasını yaxşı anlamaq
-Maliyyə rəqəmlərini oxuya və anlaya bilmək
-Komanda idarəçiliyi üzrə iş təcrübəsi
-Strateji düşüncə və planlaşdırma bacarığı
-Konseptual düşünə bilmə
-Danışıqlar aparma və koordinasiya bacarığı
-Komandanın idarə edilməsi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İçkilər kateqoriyası üzrə departament müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır
Vakansiyalar
- 1 ay, 2 həftə, 49 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 18 dəq
- 2 ay, 3 gün, 4 saat, 8 dəq
- 2 ay, 3 gün, 4 saat, 11 dəq