Vergi uçotu üzrə ekspert axtarılır

Ekspeditor

vergi


İşəgötürən – Veysəloğlu MMC


İş yeri: Bakı şəhəri


İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Vəzifə öhdəlikləri:

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarətin, operativ məlumatların təqdim edilməsini təmin etmək, habelə, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak etmək

Müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyəti dövründə vergi uçotunun düzgün təşkilini təmin etmək;

Dövlət Vergi Xidməti,Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyinin Antiinhisar üzrə İstehlak Bazarlarına Nəzarət orqanı, Dövlət Statistika Komitəsinə aylıq rüblük və illik hesabatların təqdim edilməsi

Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək.

Aylıq qrupdaxili əməliyyatlara və üzləşmə aktlarına nəzarət etmək

Bütün aylıq və rüblük vergi orqanına və şirkətdaxili hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək

Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrinin tətbiqini təmin etmək

Bütün növ vergi bəyannamələri (ƏDV,ÖMV,Mənfəət,Torpaq,Əmlak,Vahid,və s)

ƏDV bəyannaməsi (Bütün əlavələri ilə işləmək )

İkiqat vergitutmanın aradan qaldırlması ilə bağlı DTA 01, 02, 03, 04, 05 ilə bağlı Dövlət Vegi Xidmətinə müraciət edilməsi

Tələblər:

Müvafiq sahədə minimum 3 il iş təcrüəsi;

Ali  iqtisadi, maliyyə və mühasibatlıq sahəsində təhsil;

Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək

Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı

Yüksək analitik təhlil qabiliyyəti

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

Nahar ilə təmin edilmə;

Servis xidməti

İş qrafiki: 5 günlük, 09:00-18:00

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Vergi uçotu üzrə ekspert” yazaraq    [email protected]   adresinə göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]