Veliev MMC satış şöbəsinin rəisi axtarır

İşəgötürən: Veliev MMC
Vakansiya: Satış şöbəsinin rəisi
Son tarix: 16 sentyabr 2022
Vəzifə və Öhdəlikləri:
-Daxili və xarici bazar payınının genişləndirilməsi istiqamətində satış stratejiyasının və əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi;
-Bütün növ plastik qapı və pəncərə profillərinin və aksesuarlarının kommersiya fəaliyyəti işlərinin təşkil edilməsi;
-Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
-Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün arge bölməsi ilə daim əlaqədə olmaq;
-Satış əməkdaşları tərəfindən hesabatlılığın təmin edilməsi və hesabatların dəyərləndirilməsi ilə uyğun tədbirlərin həyata keçirilməsi;
-Daxili və xarici satışın idarə edilməsi;
-Satış istiqamətində mağaza və filialların bütün işini koordinasiya etmək;
-Regionlar arası satış işçiləri arasında təcrübə mübadiləsi işini təşkil etmək;
-Satış təmsilçilərinin təlimatlandırılması, hədəflərin təyin olunması;
-Satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
-Satış təmsilçilərinin dövriyyələrinə nəzarət etmək;
-Şirkətin satış həcminin artırılması;
-İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
-İşgüzar tədbirlərdə şirkətin təmsil olunması;
-Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması;
-Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
-Müştəri debitor borclarının idarə edilməsi;
-Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması;
-Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək və inkişaf etdirmək;
-Filialların açılışını Rəhbərlik tərəfindən razılaşdırılmış ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.
-Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
Biliklər:
-Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir;
-Dil bilikləri – Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili yaxşı səviyyədə;
-Proqram – Microsoft Office;
Təcrübə:
-Müvafiq sahə üzrə 5 ildən çox
Bacarıqlar:
-Yüksək ünsiyyət və davranış bacarığı;
-Dəqiqlik və dürüstlük;
-Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
-Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
-Komanda ilə işləmək və idarəetmək bacarığı
-Təqdimat və təsiretmə bacarığı;
Əmək şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 6 günlük iş həftəsi
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Sentyabr tarixinədək emailin mövzu hissəsində “Satış şöbəsinin rəisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 17 saat, 19 dəq
-
2 ay, 4 gün, 12 saat, 50 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 48 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 38 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 41 dəq