Vakansiya: Satış şöbəsinin müdiri tələb olunur

İşəgötürən: In4Tech
Vakansiya: Satış şöbəsinin müdiri
Son tarix: 27 avqust 2022
Vəzifə öhdəlikləri:
-Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
-Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
-Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
-Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
-Təkrar müştərilərə çarpaz satış məhsulları və xidmətləri ilə bağlı təkliflər hazırlamaq;
-Rəqib təşkilatlar, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmaddi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
-Müştəri məmnuniyyətini yüksək saxlamaq üçün daxil olan şikayət və təklifləri toplayıb Marketinq şöbəsi ilə əlaqələndirmək, şikayət və təklifləri analiz etmək
-Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
-Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
-İT sahəsində biliklərin olması
Tələblər:
-Minimum 3 il iş təcrübəsi satış müvafiq sahəsində (rəhbər);
-Mükəmməl liderlik və idarətmə bacarıqları;
-Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
-Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.
-Azərbaycan, Rus və İngilis dillərində sərbəst bilmək;
-MS Office proqramlarında və məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;
-Lazım olduğu halda ezamiyyəyə getmək imkanı.
Biz Sizə təklif edirik:
-Korporativ nömrə (paket) və telefon;
-Əmək haqqı: razılaşma yolu ilə;
-Əmək haqından əlavə satışdan bonus.
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Vakansiyanın Adı – ASA” sözlərini qeyd edib göndərsinlər. CV-lər [email protected] email ünvanına göndərilməlidir.
Vakasiya ilə bağlı şirkətə zəng etməyə ehtiyac yoxdur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 48 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 19 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 17 dəq
- 2 ay, 5 gün, 4 saat, 7 dəq
- 2 ay, 5 gün, 4 saat, 10 dəq