Vakansiya: Risklərin idarə edilməsi departamentinin direktoru tələb olunur
İşəgötürən: Muğanbank
Vakansiya: Risklərin İdarə Edilməsi Departamentinin Direktoru
Son tarix: 06 avqust 2022
Əmək haqqı – razılaşma yolu ilə
Staj – azı 3 il
İş barədə məlumat:
-Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
-Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
-Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
-Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;
-Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;
-Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir.
Namizəd üçün tələblər:
-Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (FRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
-Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;
-İngilis dilində yazma, oxuma və danışma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)
-Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;
-Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
-Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
-İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
-Liderlik və işçi heyətini idarəetmə bacarığı;
-Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
-MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 saat, 36 dəq
Online Slot Machine Best Payment: Exactly How to Maximize Your Profits
-
2 gün, 8 saat, 53 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 14 saat, 42 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 13 saat, 34 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 14 saat, 8 dəq