Vakansiya: Restoran nəzarətçi köməkçisi tələb olunur

İşəgötürən: CÀSÀ Culinary Arts Center of Azerbaijan
Vakansiya: Restoran Nəzarətçisi Köməkçisi
Son tarix: 27 iyun 2022
Azərbaycan, Bakı
Son tarix: 27.06.2022.
Vəzifə öhdəlikləri:
-Restoran, ofisiant və servis işçilərinin işinə nəzarət etmək;
-Qida keyfiyyəti standartlarına riayət etmək;
-Müştərilərə keyfiyyətli xidmət göstərilməsini təmin etmək və digər işçi heyətini buna təşviq etmək;
-Müştəri şikayətlərinə tez cavab vermək və onları effektiv şəkildə həll etmək;
-Restoran işi üçün bütün lazımi ehtiyatın təmin olunmasına nəzarət etmək;
-Restoran xərclərini azaltmaq və mənfəəti artırmaq üçün istifadə edə biləcəyi üsulları müəyyənləşdirmək;
-Restoran işçilərinin iş qrafiklərinin idarə olunmasında köməklik göstərmək.
İş tələbləri:
-Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan, Rus;
-Səliqəli və təmizkar olmalı;
-Həmkarları ilə şəxsiyyətlərarası münasibətlər inkişaf etdirmə təcrübəsi;
-Tənqidi düşünən və problem həll etmə bacarıqları;
-Yaxşı vaxt idarəetmə bacarıqları.
İş şəraiti:
-AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
-6 günlük iş həftəsi;
-İş qrafik əsasında tənzimlənir;
-Əmək haqqı 700 azn NET.
Qeyd olunan tələblərə uyğun namizədlər şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Restaurant Supervisor Assistant” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 6 saat, 41 dəq
- 7 saat, 27 dəq
- 8 saat, 5 dəq
- 8 saat, 52 dəq
- 8 saat, 53 dəq