Vakansiya: Qaraj müdiri tələb olunur (Hacıqabul – Şirvan)
İşəgötürən: Hajigabul Poultry Farm Company
Vakansiya: Qaraj müdiri (Hacıqabul – Şirvan)
Son tarix: 09 iyul 2022
Vəzifə üzrə tələblər:
-Ali təhsil arzuolunandır
-Müvafiq sahədə iş təcrübəsi mütləqdir
-Microsoft office programlarından istifadə bacarığı
-Avtonəqliyyat vasitələrinin texniki istismar qaydalarını bilməlidir
-Yol hərəkəti və əməyin təhlükəsizliyi qaydalarını bilməlidir
Vəzifə öhdəlikləri:
-Şirkətin qaraj bölməsinin işinin təşkili və idarə edilməsi
-Şirkətin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin daima nəzarətdə saxlanılması
-Avtonəqliyyat vasitələrinin günlük iş qrafiklərinin hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi
-Əsaslı və cari təmir planlarının hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi
-Qaraj bölməsinin davamlı fəaliyyəti üçün lazım olan ehtiyat hissə, material anbarının nəzarətdə saxlanılması
-Qaraj ərazisinin təmizliyinə nəzarət edilməsi
-Yol-nəqliyyat hadisələrinin və yol-hərəkət qaydalarının pozulması səbəblərinin araşdırılması və əlaqədar struktur bölmə rəhbərlərinin məlumatlandırılması
-Tabeçiliyində çalışan əməkdaşların əməyin təhlükəsizliyi və şirkət daxili nizam intizam qaydalarına əməl edilməsinə nəzarət edilməsi
İş şəraiti:
-6 günlük iş rejimi (08:00 – 17:00)
-Həftədə bir gün istirahət
-Nahar şirkət tərəfindən təmin edilir
-Hacıqabul və Şirvan şəhər mərkəzlərinə servis xidməti fəaliyyət göstərir
-Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 21 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 23 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 24 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 26 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 27 dəq