Vakansiya: mühasibatlıq şöbəsinin rəhbəri tələb olunur
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Mühasibatlıq Şöbəsinin Rəhbəri
Son tarix: 13 may 2022
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
-Bu vəzifənin rolu şirkətin BMHS və vergi qanunvericiliyinə uyğun uçotun və hesabatların aparılmasını təmin etməkdir.
Vəzifə öhdəlikləri:
-Mühasibat uçotunu və uçot siyasətini beynəlxalq, yerli və ümumqəbuledilmiş uçot prinsiplərinə uyğun olaraq formalaşdırır və həmin prinsiplərə uyğun aparılmasını təmin edir
-Şirkətin daşınan və daşınmaz əmlakının, həmçinin azqiymətli əşyaları və mal-material ehtiyatlarının uçotunun aparılmasını təmin edir
-Əmək haqqı hesablamalarının qanunvericiliyə uyğun aparılmasını təmin edir
-Vergi ilə bağlı riskləri idarə edir
-Daxili, xarici audit və vergi yoxlamalarını idarə edir
-BMHS-in tələblərinə uyğun olaraq maliyyə hesabatlarının tərtib edilməsini təmin edir
-Dövlət orqanlarına edilən ödənişlərin, verilən hesabatların və müvafiq məlumatların Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmasını təmin edir
Əsas tələblər:
Təhsil:
-İqtisadiyyat, Maliyyə və ya Biznesin idarəedilməsi sahəsində Ali təhsil
-Tətbiqi bilik və tətbiq bacarıqları üzrə ACCA imtahan sertifikatları
Təcrübə:
-Maliyyə və Mühasibat sahəsində 5 ildən çox iş təcrübəsi
-Qeyd olunan vəzifədə ən azı 3 il iş təcrübəsi
Professional Biliklər:
-Maliyyə uçotu (BMHS üzrə)
-Vergi Məcəlləsi
-Beynəlxalq Vergi Qanunvericiliyi
-İngilis və Rus dili arzuolunandır
-MS Office və 1C Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
-İdarəetmə bacarığı
-İş bölgüsü
-Zamanın idarəolunması
-Analitik düşüncə
-Detallara diqqət
-Ünsiyyət bacarıqları
-Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasibatlıq Şöbəsinin Rəhbəri” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 40 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 35 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 28 dəq
- 10 ay, 3 həftə, 3 gün, 10 saat, 13 dəq
-
11 ay, 5 gün, 5 saat, 44 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır