Vakansiya: Mexanik tələb olunur

İşəgötürən: Avro – Asiya İnşaat Korporasiyası “Evrascon” ASC
Vakansiya: Mexanik
Son tarix: 10 iyul 2022
İşin təsviri:
-Nəqliyyat vasitəsi və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edilməsi;
-Nəqliyyat vasitələri və texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlaması, təmirin keçirilməsinə, xərclərin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün sifarişlərin tərtibatı;
-Təmirin vaxtında və keyfiyyətlə keçirilməsi, balansda olan bütün texnika və nəqliyyat vasitələrinin texniki nəzarətinin təşkil edilməsi;
-İstismar müddəti bitmiş texnika və nəqliyyat vasitələrinin vaxtaşırı dəyərləndirilməsini və yenilənməsini həyata keçirilməsi
Bilməlidir:
-Nəqliyyat vasitələri və texnikaların habelə onlara qoşula biləcək əlavə avadanlıqların konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydaların;
-Montaj və təmir metodlarını;
-Təlimatların tərtib edilmə qaydasını;
-Nəqliyyat vasitələri və texnikaların təmirdən sonar qəbul və təhvil verilmə qaydasını.
Tələblər:
-Təhsil: Ali
-Yaş həddi: 30-55
-İş təcrübəsi: 5 ildən çox iş təcrübəsi olmalı;
-Dillər: Azərbaycan və Rus dillərini bilməli.
İş şəraiti:
-İş saatı: 08-00-dan 18-00-dək;
-İş günü: həftənin 6 günü;
-Nahar şirkət tərəfindən qarşılanır;
-Əmək haqqı: Razılaşma yolu ilə.
Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək (mexanik) [email protected] elektron ünvanına göndərmək xahiş olunur.
Vakansiyalar
- 5 saat, 6 dəq
- 4 gün, 9 saat, 8 dəq
- 4 gün, 14 saat, 49 dəq
- 4 gün, 14 saat, 53 dəq
- 4 gün, 14 saat, 59 dəq