Vakansiya: Layihə rəhbəri tələb olunur

Direktor/Sədr


İşəgötürən: Avro – Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Vakansiya: Layihə rəhbəri

Son tarix: 13 iyun 2022

Vəzifə öhdəlikləri:

-Layihəyə  texniki və metodiki  rəhbərliyi  həyata   keçirir, layihə üzrə  bütün  işlərin və mərhələlərin ardıcıllığını   təmin etməlidir.

-Fərdi layihələri idarə etmək , statuslarını təqib etmək və uğurlu şəkildə  nəticəyə  çatmasını təmin etmək, lazım gəldikdə əlavə strukturları işə cəlb   etmək;

-Layihə çərçivəsində iş bölgüsünü  etmək, vəzifələri təyin etmək;

-Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək  problemlərin   qarşısını   almaq və ya həll edilməsini təmin etmək;

-Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin    müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;

-Layihəı çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını   alınması   üçün  tədbirlər planı hazırlayır və ehtiyac yarananda  tətbiq               etmək

-Yeni layihələrin   inşasında , texnoloji  proseslərin işlənib   hazırlanmasında və mövcüd  tikintinin  rekonstruksiyasında   əməyin   təşkilini    normativ-hüquqi  tələblərə uyğun olaraq həyata  keçirmək.

-Hazırlanan hesabatlar ilə əlaqədar  işin həcmini , maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək .

-Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək  və   rəhbərliyə  hesabat  vermək. 

-Gündəlik hesabatların hazırlanması və əlaqəli şəxslərə çatdırılmasını təşkil etmək.

-İstifadə edilən hər növ material,  avadanlıq ilə əlaqədar lazımi testləri aparmaq, nümunələri almaq, kitabça və zəmanət sənədlərini nəzərdən keçirmək, və təsdiq edilməsi lazım olan sənədləri rəhbərliyə  çatdırmaq.

-Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq .

Ümumi tələblər:

-Mühəndislik ixtisası üzrə ali təhsil;

-Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi;

-Dil bilikləri: Azərbaycan dili-səlis,İngilis dili-yaxşı, Rus dili-arzuolunandır;

-Kompüter bacarıqları: MS Office, Autocad;

-Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;

-PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;

-Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;

Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (layihə rəhbəri) vakansiyanın adını qeyd edəsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]