Vakansiya: Laboratoriya bölməsinin müdiri tələb olunur
İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC
Vakansiya: Laboratoriya bölməsinin müdiri
Son tarix: 08 avqust 2022
Vəzifə öhdəlikləri:
-Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət edilməsi;
-Tətbiq olunan və aparılan sınaq işlərinin standart və normalara əsaslandırılmasının təmin edilməsi;
-ISO və ASTM standartlarına əsaslanaraq daxili prosedurların yazılması və təsdiqlənməsi;
-Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik, aylıq,illik hesabatlılığın tərtib və təmin edilməsi;
-İstismar olunan avadanlıqların və cihazların xüsusi norma və tələblərə uyğun istifadəsinə nəzarət edilməsi və cavabdeh olması;
-İşçilərin gündəlik görülən işlərə dair iş öncəsi təlimatlandırılması;
-Bütün nümunələrin gündəlik toplanmasına nəzarət edilməsi;
-Vaxtaşırı kalibrasiya tələb olunan avadanlıqların kalibrasiya olunmasının təmin edilməsi;
-Təhlükəli maddələrin və reaktivlərin təhlükəsiz saxlanılmasına və istifadəsinə nəzarət edilməsi;
-Yeni tədqiqat və analiz metodların araşdırılması, təklif edilməsi və əsaslandırılması;
Namizədə tələblər:
-Ali təhsil (Metallurgiya/Kimya/Geologiya/Materialşünaslıq üzrə) ;
-Sahə üzrə 5 illik iş təcrübəsi;
-Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
-MS Office üzrə biliklər.
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Laboratoriya bölməsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 19 saat, 35 dəq
-
1 gün, 19 saat, 41 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
-
1 ay, 2 həftə, 2 gün, 17 saat
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 3 həftə, 6 gün, 6 saat, 21 dəq
- 7 ay, 3 həftə, 6 gün, 6 saat, 23 dəq