Vakansiya: İT texniki dəstək işçisi axtarır (Helpdesk officer)
İşəgötürən: A – Group Insurance Company
Vakansiya: İT texniki dəstək İşçisi (Helpdesk officer)
Son tarix: 11 iyun 2022
Vəzifə öhdəlikləri:
-Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
-Noutbuk, kompüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi,yaranan problemlərin aradan qaldırılması;
-Əməliyyat sistemlərinin yazılması.
Tələblər:
-Müvafiq ali təhsil, aidiyyatı sahədə hər hansı sertifikatı olanlara üstünlük verilir;
-İT sahəsində 2 ildən artıq iş təcrübəsi
-Windows 10 ƏS-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi;
-Əməliyyat sistemlərini yazmaq bacarığı, nasazlıqların axtarışı üzrə bacarıqlar;
-Şəbəkə üzrə başlanğıc biliklər;
-Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurma bacarığı, İngilis dili minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi;
-Ölkədaxili ezamiyyələrə getmək imkanı;
-Diqqətlilikz, icraedicilik, stresə davamlılıq
-Güclü ünsiyyət qurma bacarığı;
-Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 10 iyun 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “İT texniki dəstək İşçisi (Helpdesk officer)” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 25 dəq
- 1 gün, 5 saat, 4 dəq
- 1 gün, 5 saat, 8 dəq
- 1 gün, 10 saat, 38 dəq
- 1 gün, 10 saat, 54 dəq