Vakansiya: Depo müdiri tələb olunur
İşəgötürən: Zakaz.az
Vakansiya: Depo müdiri
Son tarix: 11 iyun 2022
Vəzifə öhdəlikləri:
-Anbarın bölmələrinə rəhbərlik edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi;
-Anbar ərazisində olan xüsusi texnika və avadanlıqların düzgün istismar edilməsinə nəzarət edilməsi;
-Anbar bölmələri üzrə işçilərin iş bölgüsünün düzgün aparılmasının təmin edilməsi, iş rejiminə və davamiyyətinə nəzarət edilməsi;
-İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək intizamını pozanlara dair dərhal müvafiq tədbirin görülməsi, təqdimat və ya müraciət ərizəsi ilə rəhbərliyin məlumatlandırılması;
-Rəflərdə olan məhsulların son istifadə tarixinə (SİT) nəzarət olunması
-Növbədə olduğu müddətdə anbar ərazisini AQTA standartlarına uyğun təmin olunmasına nəzarət etmək
-İnventarizasiya prossesində iştirak edilməsi;
-Satış prosesinin idarə olunmasına nəzarət etmək
-Yeni işə daxil olan Sifariş toplama operatorlarına təlimlərin keçirilməsi
-Sifarişlərin düzgün yığılmasını və müştəriyə çatdırılmasını təmin etmək
-Mal qalığına nəzarət etmək
-Malların qəbulunun təşkil edilməsi
-Anbar uçotunda sənədləşmənin təşkili;
-Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili
Tələblər:
-Yaş həddi: 22-35
-Anbar idarəetməsində minimum 1 il (Market sahəsində olanlara üstünlük veriləcəkdir)
-Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan
-Problem həll etmə bacarığı,yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik)
-İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək
-Məsuliyyətli, dürüst və dəqiq
-Dinamik iş şərtlərinə və dəyişkən iş saatlarına uyğunlaşa bilən
İş şəraiti:
-6 günlük iş qrafiki
-Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Depo müdiri” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 gün, 14 saat, 38 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 15 saat, 34 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 12 saat, 16 dəq
- 3 gün, 12 saat, 19 dəq
- 3 gün, 12 saat, 55 dəq