Vakansiya: Bölgə müdiri tələb olunur (Cəlilabad,Salyan,Saatlı)

Müdir


İşəgötürən: Aqrar İnnovasiya və Təchizat Şirkəti

Vakansiya: Bölgə müdiri (Cəlilabad,Salyan,Saatlı)

Son tarix: 06 oktyabr 2022

Namizədə olan tələblər:

-Təhsil: Ali təhsil;

-Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmalı;

-Satışın İdarə olunmasına dair biliklərin olması;

-Kompüter bilikləri (MS Office);(excell  və  1c biliyi mütləqdir);

-Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq; Analitik qabiliyyətin olması;

-Prioritetlərin müəyyən etmə bacarığı;

-Kollektivlə işləmə bacarığı;

-Operativ, gördüyü işə cavabdehlik;

-Yaş həddi: 25-40 arası.

Vəzifə öhdəlikləri:

-Gündəlik satş nöqtələrinin müəyyən edilməsi və satıcılar arasında ərazi bölgüsünün aparılması;

-İşçilərin xarici görünüşünün və müştərilərlə münasibətlərin düzgünlüyünün yoxlanılması;

-Gündəlik hədəflərin icra olunmasına nəzarət edilməsi;

-Satıcıların üzləşdiyi problemlərin həlli üçün onlara dəstək olunması;

-Şirkətin gübrə satış həcminin artırılmasına dəstək və lazım olduqda müştərilər ilə görüşlərin keçirilməsi;

-Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;

-Struktur dəyişiklikləri barədə işçiləri düzgün formada məlumatlandırılması;

-Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

-Rəhbərliyin verdiyi tapşırıqların vaxtlı-vaxtında və düzgün yerinə yetirilməsi;

-Plan əsasında mütəmadi daxili yoxlamaların aparılması; 

-Yoxlamalar nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərinin tətbiq edilməsinə dair rəy bildirilməsi və yoxlama nəticələrinin tərtib edilib rəhbərliyə təqdim edilməsi;

-Tabeliyində olan əməkdaşların anbardarlar, satıcı-anbardarlar və səyyar satıcıların  planlı yoxlamalarının keçirilməsi;

-Nəzarət etdiyi regionda, təqsirli bilinən işçi və şirkətə maddi və ya mənəvi zərər vurmuş işçi barəsində normativ sənədlərin hazırlanması, müvafiq qaydalar əsasında şirkətə dəymiş zərərin ödənilməsinə nəzarət edilməsi;

-Nəzarət etdiyi şöbənin fəaliyyətinə təsir etmiş və ya edə biləcək halların aşkarlanması, bu kimi neqativ hallar baş verdikdə dərhal araşdırma aparılması;

-Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşların fəaliyyətlərinin qiymətləndirilməsi;

-Regional ərazilərdə rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi; 

-Potensial müştərilərin müəyyən edilməsi; 

-Anbar sayımlarında iştirak edilməsi;

-Tabeliyində olan əməkdaşların (anbardarlar, satıcı-anbardarlar və səyyar satıcıların) mütəmadi anbar qalıqlarının sayımının keçirilməsinin təşkil etməsi, sayımın düzgün keçirilməsinə nəzarətin edilməsi, sayımın nəticələrinin təsdiqlənməsi, hər hansı bir neqativ halların baş verməsinin qarşısının alınması, belə hallar baş verdikdə vaxtında şirkətin audit şöbəsini və birbaşa struktur rəhbərini məlumatlandırılması;

-Sayımında iştirak etdiyi və imzası ilə düzgünlüyün təsdiqlənməsi;

-Bazarda baş verən hər hansı dəyişikliklər barədə rəhbərliyin məlumatlandırılması;

-Rəqib şirkətlərlə əməkdaşlıq etmək və ya əməkdaşların bu tipli hallara yol verdiyini müşahidə etdikdə dərhal məlumatın verilməsi və müvafiq şöbələrdə vəsadətin qaldırılması;

-Şirkətin məxfi sayılan məlumatların paylaşılmaması, paylaşılan hallar müşahidə edildikdə  bu barədə tədbir görmək və məxfi məlumatların ötürülməsinə görə məsuliyyət daşıması.

İş şərtlərimiz:

-Əmək haqqı: 1250 AZN+ Bonus;  ( Maksimum 3 aylıq sınaq müddətində 90% ödənilir)

-İş qrafiki : Tam iş günü (6 gün);

-İş saatları: 08:30-17:30;

QEYD:Şəxsi avtomobilin olması mütləqdir.Xərclər şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bölgə” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]