Vakansiya: Biznes analitik tələb olunur

Analitik


İşəgötürən: İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi

Vakansiya: Biznes analitik

Son tarix: 16 iyun 2022

Vəzifə öhdəlikləri: 

-Layihəyə dair  müştəri ilə görüşlərin keçirilməsi və tələbləri müəyyən edilməsi;

-Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri ilə razılaşdırılması;

-Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;

-Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;

-Səhifə eskizlərinin hazırlanması;

-Analiz sənədi və texniki tapşırığın hazırlanması;

-Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması;

-İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək.

-Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və “tapşırıqlar hovuzunun” formalaşdırılması;

-Layihəyə dair ümumi icra planının hazırlanması və  milestone-larin müəyyən edilməsi;

-Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;

-Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;

-Gündəlik SCRUM görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;

-Hazırlanan səhifə və funksionallıqların ilkin testinin aparılması;

-Təlimlərin verilməsi;

-Təqdimatların hazırlanması;

-İstifadəçi təlimatlarının hazırlanması.

Tələblər:

-Ali təhsil (Biznes inzibatçılığı və İT sahəsində təhsilə üstünlük verilir);

-Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;

-Operativ qərarvermə bacarığı və punktuallıq;

-Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;

-UML tərtbibatı alətləri ilə iş təcrübəsi;

-Eskiz (wireframe) tərtbibatı alətləri ilə iş təcrübəsi;

-SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;

-MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyə Excel biliyi üstünlükdür);

-SQL bilikləri (təməl səviyyə);

-Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki) | Rus dili arzuolunandır;

-Proqram təminatı layihələrində minimum 2 il biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;

-Proqram təminatının hazırlanması mərhələləri və onlara dair biliklər;

-Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;

-Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.

Sizə nə təklif edirik?

-Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;

-Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;

-Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyun 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]