Vakansiya: Biznes analitik tələb olunur

İşəgötürən: U and R Company
Vakansiya: Biznes analitik/Business analyst
Son tarix: 22 avqust 2022
Vəzifə öhdəlikləri:
-Layihəyə dair müştəri ilə görüşlərin keçirilməsi və tələbləri müəyyən edilməsi;
-Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri ilə razılaşdırılması;
-Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
-Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;
-Analiz sənədi və texniki tapşırığın hazırlanması;
-İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
-Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və tapşırıqlar texniki komanda üçün formalaşdırılması;
-Layihəyə dair ümumi icra planının hazırlanması;
-Mövcud ERP sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
-Gündəlik görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
-Hazırlanan səhifə və funksionallıqların ilkin testinin aparılması;
-Təlimlərin verilməsi;
-Təqdimatların hazırlanması;
-İstifadəçi təlimatlarının hazırlanması.
Tələblər:
-Ali təhsil (Maliyyə və mühasibatlıq təhsili üstünlük verilir);
-Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
-Operativ qərarvermə bacarığı və punktuallıq;
-Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
-1C program təminatı məhsulları iş təcrübəsi;
-Eskiz tərtbibatı alətləri ilə iş təcrübəsi;
-MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyə Excel biliyi üstünlükdür);
-SQL bilikləri (təməl səviyyə);
-Dil bilikləri: Azərbaycan dili (əla) | Rus (əla) | İngilis dili (texniki);
-Proqram təminatı layihələrində minimum 2 il biznes analitik təcrübəsi;
-Proqram təminatının hazırlanması mərhələləri və onlara dair biliklər;
-Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
-Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.
Əmək haqqı: 2000-2500 AZN
Əlaqə: Müraciət üçün CV-nizi [email protected] email ünvanına (mövzu hissəsində “Biznes analitik” yazaraq) göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 saat, 20 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 51 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 49 dəq
- 2 ay, 3 gün, 4 saat, 39 dəq
- 2 ay, 3 gün, 4 saat, 42 dəq