Vakansiya: Aşpaz tələb olunur

İşəgötürən: Qaraqaşlı Broyler ASC
Vakansiya: Aşpaz
Son tarix: 19 iyun 2022
İş barədə məlumat:
-Əmək haqqı: müsahibədə namizədin bilik və bacarıqları əsasında təyin ediləcəkdir;
-İş rejimi: 5 günlük, 09:00-18:00;
-İstirahət günü: Şənbə və Bazar;
-İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
-Nahar şirkət tərəfindən qarşılanır;
Vəzifə öhdəlikləri:
-Mətbəx menyusu üzrə standart yeməklərin vaxtında (gecikmədən) hazırlanması;
-Ofis daxilində olan əməkdaşlar (25-30 nəfər) üçün naharın vaxtında (gecikmədən) verilməsi;
-Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsinin təmin edilməsi;
-Mətbəxin idarə edilməsi;
-Mətbəxin təmizliyinə nəzarət edilməsi;
-Ofisə gələn qonaqlar üçün çay və ya kofe verilməsi;
-Verilən digər tapşırıqların vaxtında yerinə yetirilməsi;
Tələblər:
-İş bilikləri: milli mətbəx bilikləri;
-İş bacarıqları: çevik iş qrafikində işləmək, ünsiyyət və komandada işləmək bacarıqları;
-İş tələbləri: səliqəli görünüş, gigiyenik təmizliyə riayət etmək;
-İş təcrübəsi: sahə üzrə 2 ildən artıq iş təcrübəsi (rəsmi);
-Cins: qadın;
-Yaş həddi: 30-40 yaş arası;
-Dil biliyi: Azərbaycan dili (səlis);
Əgər ölkənin lider quşçuluq müəssələrindən olan “Qaraqaşlı Broyler” ASC-də karyeranızı davam etmək istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Aşpaz” başlığı ilə [email protected] elektron ünvanımıza göndərə bilərsiniz.
Son gün: 18 İyun, 2022
Ünvan: Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 46N
Vakansiyalar
- 2 gün, 16 saat, 51 dəq
- 2 gün, 22 saat, 32 dəq
- 2 gün, 22 saat, 36 dəq
- 2 gün, 22 saat, 42 dəq
- 3 gün, 21 saat, 58 dəq