Aşbaz tələb olunur
İşəgötürən – LALİGA LOUNGE CENTER
İşin Təsviri:
Menyuların, reseptlərin və tapşırıqların siyahısının rəhbərliklə dəqiqləşdirilməsi;
Menyu üçün xammalın miqdarının müəyyən edilməsi və hazırlanması;
Alınan məmulatların kəmiyyətinin və keyfiyyətinin yoxlanılması;
Ərzaq məmulatlarının xidmət üçün hazır vəziyyətdə saxlanılması;
Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq tərkibin çəkilməsi, ölçülməsi və qarışdırılması;
Ərzaq və tərkibinin təzəliyini təmin etmək üçün onların keyfiyyətinin yoxlanılması, köhnə və yeni məmulatların izlənilməsi, eyni zamanda ehtiyatların yenilənməsi;
Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzaqların bişirilməsi və eyni vaxtda bir neçə sifariş hazırlayan zaman hər bir müştəri tərəfindən verilən sifarişin dəqiq şəkildə hazırlanılması;
Mətbəx ehtiyatlarına nəzarət edilməsi və ehtiyatlar azalan zaman administratora məlumat verilməsi;
Ərzağın təhlükəsiz və gigiyenik şəraitdə hazırlanmasını təmin etmək məqsədilə yeməyin bişirildiyi sahələri, o cümlədən avadanlıqların, iş yerlərinin yoxlanılması və təmizlənilməsi;
Yemək bişirilməzdən əvvəl və ya sonra mətbəxin, avadanlıqların təmizlənilməsi həmçinin iş yerində gigiyena, sağlamlıq və təhlükəsizlik normalarına riayət edilməsi.
Tələblər:
Salat, Burger, Pizza və Sendviç hazırlamağı bacarmalı;
Yeməklərin dadının ləzzətli olmasına və təqdimatın düzgün verilməsinə riayət etməli;
İstifadə olunacaq tərkibin təmizliyinin yüksək keyfiyyətdə olmasına həmçinin son istifadə tarixinə nəzarət etməli;
İşi tələb olunan vaxtda yerinə yetirilməli;
Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırmalı;
Ünsiyyət qurma bacarığı olmalı;
Müvafiq vəzifədə ən azı 1 il iş təcrübəsi mütləqdir.
İş şəraiti:
İş qrafiki: Dəyişkəndir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı: 650 Azn + bonus;
AR ƏM uyğun işə qəbul;
Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz şəkilli cv-lərini mövzu yerinə “Aşbaz” qeyd olunmaqla [email protected] adresinə göndərərək müraciət edə bilərlər.
Vakansiyalar
- 1 gün, 12 saat, 47 dəq
-
2 gün, 12 saat, 53 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
- 1 həftə, 6 gün, 7 saat, 41 dəq
-
1 ay, 2 həftə, 3 gün, 10 saat, 12 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 3 həftə, 6 gün, 23 saat, 33 dəq