Alphakids aşpaz axtarır

Aşbaz


İşəgötürən: Alphakids

Vakansiya: Aşpaz

Son tarix: 06 iyul 2023

Tələb olunan iş Bacarığı:

-Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), məktəbəqədər təhsil müəssisələrində, qida təhlükəsizliyi tələblərinə uyğun, qidaların enerji dəyərinin yaş qrupuna görə müəyyənləşdirilməsi, ərzaqların qəbulu və saxlanması qaydası, yeməklərin bişirilməsi və.s bu kimi normativlərini bilməlidir,

-Gigiyenaya və təmizliyə diqqət etməli,

-Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırmalı,

-Mövcud reseptləri bilməli,

-Yeməkləri hazırlayarkən İstifadə olunacaq tərkibin təmizliyinə, yüksək keyfiyyətdə olmasına həmçinin son istifadə tarixinə nəzarət etməli, işi tələb olunan vaxtda yerinə yetirməlidir,

Tələb olunan təhsil və biliklər:

-Ali və ya orta təhsil;

-Müvafiq sahə üzrə minimum 3 il təcrübə;

Digər tələb və şərtlər:

-Yaş həddi: 30 yaşdan yuxarı

-Əmək haqqı: NETT olaraq 300 –500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);

-İş rejimi: 5 günlük iş rejimi;

-Nahar bağça tərəfindən təmin edilir;

-İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq bağçası.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Aşpaz” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]