Özəl məktəbə Aşbaz tələb olunur
Aşbaz

İş elanını dərc edən: European Azerbaijan School Vakansiya: Aşbaz Son tarix 08 mart 2023 Əsas vəzifələr: - Yeməkxananın fəaliyyəti, məktəblilər və işçi heyəti üçün müvafiq olan menyuların işlənib hazırlanması. - Mətbəxdə bütün müxtəlif vəzifələr üzrə biliklərə malik olmaq, mətbəxlə bağlı mütəmadi təlimlər keçirmək. - Hesabat görüşləri və iş növbəsindən əvvəl iclaslar keçirmək, onların effektiv olması və zəruri hallarda keçirilməsini təmin etmək. - Plana uyğun olaraq, həftəlik yeməkxana xidməti və şöbə rəhbərlərinin iclaslarında iştirak etmək. - İşçilər arasında ünsiyyəti müsbət qurmaq, eyni zamanda elan lövhələri, qeydiyyat jurnalları, təhvil-təslim hesabatları və s. aparılmasında və istifadə edilməsini təmin etmək. - Hər yaş səviyyəsinə uyğun (1-11ci siniflər) menyuları hazırlamaq, təsdiqlənmiş menyuya əsasən yeməklərin hazırlanmasına nəzarət etmək - Hazırlanmış yeməklərin keyfiyyətini təmin etmək - Bazar siyahısının hazırlamaq - Gündəlik dükan sifarişlərini hazırlamaq - Qəlyanaltı və soyuduculara gündəlik nəzarət - Qida gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək; - Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək. - Mövcud olan avadanlıqları təmiz saxlamaq və onlara qulluq etmək - Bütün şagirdlər və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. - Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsini təmin etmək. Tələblər: - Mükəmməl ünsiyyət bacarıqları; - Peşəkar və uyğun işgüzar görünüş və təqdimat; - Məktəb, bağça, universitetə xidmət göstərən ‘’catering’’ şirkətlərində tələbə uyğun vəzifədə minimum 3-5 il iş təcrübəsi; - Öz sahəsi üzrə diplom, sertifikatlar; - Komanda qurma və idarəetmə; - Planlaşdırma və təşkilatçılıq; - Problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək; - Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması; - Kollektivdə işləmək bacarığı. İş şəraiti: - AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə; - 5 günlük iş həftəsi; - Əmək haqqı təcrübə və bacarıq əsasında təyin ediləcəkdir. Maraqlanan namizədlərdən mövzu yerində Baş aşbaz qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq. Avropa Azərbaycan Məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən icazə verilmiş özəl məktəbdir.
Vakansiyalar
- 19 dəq
- 4 gün, 4 saat, 21 dəq
- 4 gün, 10 saat, 2 dəq
- 4 gün, 10 saat, 6 dəq
- 4 gün, 10 saat, 12 dəq