Aşbaz tələb olunur

Aşbaz


İş Yeri:

ATS Food

İş məkanı:

Sumqayıt ş.

Müraciətin son günü:

4 avqust 2023-cü il

Tələblər:

Təhsil səviyyəsi:

Müvafiq sahə üzrə peşə təhsili(sertifikatlı)

İş təcrübəsi:

Müvafiq sahə üzrə minimum 3 il təcrübə

Dil bilikləri: Azərbaycan (əla)

Digər:

Beynəlxalq və milli mətbəx müsabiqələrində iştirak

Vəzifədən gözləntilər:

1. Tərtib olunmuş menyuya əsasən yeməkləri hazırlaya bilmək;

2. Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilmək;

3. Hazırlanan yeməklərin keyfiyyətli olmasını, onların tələb olunan standartlara cavab verməsini təmin etmək;

4. İstifadəsində olan avadanlıqlarla iş qaydalarına riayət etmək və təmiz saxlanılmasını təmin etmək;

5. Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.

6. Baş aşçının bütün tələblərinə, göstərişlərinə əməl etmək;

7. Qida-gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;

8. Ərzaqlardan düzgün istifadə etmək və ərzaq itkilərinə yol verməmək

9. Verilən tapşırıqları mövcud qaydalara riayət etməklə tam yerinə yetirmək;

10. İzafi itkiyə yol verməmək;

11. Baş aşçı olmayanda yeməklərin keyfiyyətli və düzgün bişirmə texnikasını təmin etmək;

Vəzifə üzrə səriştələr:

• Məsuliyyətlilik və sahiblənmə

• Keyfiyyətlilik və effektivlik

• Problemləri həll etmək

• Vaxtın idarə edilməsi

• Detallara diqqət etmək

Əmək haqqı:

Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə

İş rejimi: 6 gün (həftəiçi)

Servis: səhər və axşam 20 Yanvar və Sumqayıt bazarından təmin edilir.

Nahar: Təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Aşpaz” qeyd olunmaqla göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]