Universal PRO sürücü axtarır
İşəgötürən: Universal PRO
Vakansiya: Sürücü
Son tarix: 20 iyun 2022
Vəzifə və öhdəliklər:
-Şirkətə məxsus yük maşınlarının idarə olunması;
-Yükün vaxtında və təhlükəsiz şəkildə lazımi məntəqəyə çatdırılması;
-Avtomobillərin yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurulması;
-Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
-Avtomobillərin yükləmə zamanı yüklərin yüklənib-boşaldılmasına köməklik etmək, yükün yerləşdirilib kuzovda (bortda) bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
-Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqların həyata keçirilməsi.
Namizədlərdən tələblər:
-Sürücülük vəsiqəsi “BC” kateqoriyalı
-Sürücü kimi (yük avtomobili) ən azı 2 il iş təcrübəsi
-Hərbi xidməti bitirmiş olsun
-Yaş həddi 30-35
-Ünsiyyət qurma və sadə riyazi hesablama qabiliyyəti
-Stress altında işləmə qabiliyyəti və səhhəti ilə heç bir problemi olmamalı
-Bakı şəhərini yaxşı tanımalı və ezamiyyətlərə getmək imkanının olması
İş şəraiti:
-6 günlük iş qrafiki, həftə içi 09:00 – 18:00, Şənbə günü 09:00-13:00
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “ Sürücü ” yazıb [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 saat, 57 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 4 saat, 32 dəq
- 5 saat, 43 dəq
- 5 saat, 52 dəq
- 6 saat, 11 dəq