UNICO şirkəti yay təcrübə proqramı tələb edir

Təcrübə Proqramı


İşəgötürən: UNICO

Vakansiya: Gələcəyə Addım adlı 2022-ci il ödənişli Yay Təcrübə Proqramı

Son tarix: 28 may 2022

Bakalavr təhsili alan IV kurs tələbələrinin nəzərinə!

“UNİCO” QSC tikinti şirkəti “Gələcəyə Addım” adlı 2022-ci il ödənişli Yay Təcrübə Proqramı-na start verir.  

İyun ayından başlayaraq bu proqram tikinti sahəsi ilə maraqlanan tələbələrə Sahə mühəndisliyi, Kommersiya və Xərclərə Nəzarət, Satınalma və Təchizat, Dizayn və Memarlıq, SƏTƏMM sahələri üzrə ofis daxili və layihələr çərçivəsində görülən işlər ilə daha da yaxından tanış olmaq və həmin proseslərin gündəlik fəaliyyətində iştirak etmək imkanı yaradacaqdır.  

Kimlər müraciət edə bilərlər? 

Satınalma, Kommersiya, Dizayn, Memarlıq, Sahə mühəndisliyi, İnşaat mühəndisliyi, Sənaye və mülki tikinti, Bina və qurğuların tikintisinin təşkili və texnologiyası, Şəhərsalma və Tikinti iqtisadiyyatı ixtisaslarında təhsil alan, təhsil göstəriciləri yüksək olan, ən azı 2 dildə (biri ana dili olmaqla, digəri rus və ya ingilis – 3 -cü dil əlavə üstünlükdür) sərbəst danışa, oxuma-yazma bacarıqlarına malik olan və Microsoft Office proqramlarını sərbəst şəkildə istifadə edə bilən tələbələr (tikinti şirkətində əvvəlcədən təcrübə keçmiş namizədlərə üstünlük veriləcəkdir). 

Müraciət və seçim mərhələsi: 

Müraciət et bölməsində qeyd edilmiş elektron ünvanına CV (subject hissəsində seçilən sahə qeyd olunmalıdır Sahə mühəndisliyi, Kommersiya və Xərclərə Nəzarət, Satınalma və Təchizat, Dizayn və Memarlıq, SƏTƏMM)

və 300 sözdən ibarət müraciət məktubu göndərilir;

-Seçilən namizədlərə zoom vasitəsi ilə online şəkilində müsahibənin keçirilməsi üçün dəvətnamə linki göndərilir;

-Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər UNİCO-nun ofis binasına dəvət olunur və onlara təcrübə proqramlarının gələcək addımları barədə məlumatlar verilir.

-Əgər namizədlər ayrı ixtisas üzrə təcrübələrinin keçməsini arzu edirlərsə müraciət zamanı istəklərini qeyd edə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]