Azərbaycanın iri şirkətində təcrübə qazanmaq fürsəti – MAAŞ VERİLİR

ASTP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramının icrasına davam edir. Azərbaycanda və xarici ölkələrdə mühəndislik ixtisası üzrə ali və texniki təhsil pilləsinin sonuncu ilində tədris alan gənclər proqrama qoşulmağa dəvət olunurlar.

Təcrübə Proqramı

vakansiya muhasib


(®) Qabaqcıl texnologiya və təcrübəni özündə cəmləşdirən Sumqayıt Texnologiyalar Parkı regionun ilk və nəhəng sənaye parkı olaraq ölkənin qeyri-neft sektorunun inkişafı və insan kapitalının gücləndirilməsi missiyasını uğurla icra edir.

Əmək bazarının rəqabətədavamlı ixtisaslı mütəxəssislərlə təmin olunması və milli kadr potensialının daha da inkişaf etdirilməsi niyyətinə daim sadiq qalan STP istehsalatın mühəndislik və texniki peşələr sahəsində xüsusi potensialı və marağı olan gənclərin müəyyən edilməsi və yetişdirilməsi üçün ödənişli “Sabahın Gücü” İnkişaf Proqramını davam etdir! (Ödənişli təcrübə proqramı zamanı təcrübəçilərə müəyyən məbləğdə vəsait ödənilir – red).

Həm özünü, həm də vətənimizin qeyri-neft sektorunu inkişaf etdirmək amalının daşıyıcısı olan, Azərbaycanda və xarici ölkələrdə mühəndislik ixtisası üzrə ali və texniki təhsil pilləsinin sonuncu ilində tədris alan dəyərli gənclərimizi regionun ən böyük texnoparkında xarici və yerli mütəxəssislərdən iş təcrübəsi qazanmaq üçün inkişaf proqramına qoşulmağa dəvət edirik!

“Həvəslisən, demək, güclüsən” mottolu “Sabahın gücü” inkişaf proqramının üstünlükləri:

• Sahə üzrə praktiki və iş dünyası üçün vacib nəzəri biliklər

• Komanda işi və korporativ həyatla tanışlıq

• Unikal istehsalat təcrübəsi

• Yeni dostlar və peşəkar əlaqələr

STP-nin “Sabahın Gücü” İnkişaf Proqramının təqdim etdiyi imkanlardan faydalanaraq gələcək karyerasında ilk addımı atmaq istəyən gənclər [email protected] ünvanına müraciət edib ətraflı məlumatları əldə edə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]