Performance Center Co Təcrübə proqramı təklif edir

Təcrübə Proqramı


 Avtomobilin istismarı sahəsinə maraq göstərən və gələcək iş karyerasını avtomobillərə texniki xidmətin təşkilinin müxtəlif istiqamətlərində görən universitet məzunları üçün “Performance Center” şirkəti 3 aylıq Təcrübə Proqramı elan edir. 

Müsahibə yolu ilə  Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 5 il olmaqla müvafiq şöbələr üzrə işlə təmin ediləcəklər.

Tələblər:

Texniki , menecment və  iqtisadi yönümlü ali təhsil (daxilolma balını qeyd etmək mütləqdir);

Dil bilikləri: Azərbaycan və ingilis dilləri; 

Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;

Yaş: 21-24; 

Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olanlara üstünlük veriləcək;

Şirkət tərəfindən verilən təminatlar:

Tədris vəsaitləri

Sürücülük təlimi

Coffee break

İş şəraiti:

İş qrafiki: həftədə 6 gün

Əmək haqqı: 450 manat 

İş təcrübəsi tələb olunmur.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə   [email protected]  adresinə göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]