İB Club İnkişaf və Karyera Mərkəzi gənclər Təcrübə Proqramı təşkil edir

Təcrübə Proqramı


IB Club İnkişaf və Karyera Mərkəzi Təcrübə Proqramı elan edib.

Karyerana IB Club İnkişaf və Karyera Mərkəzinin məlumatında bildirilir ki, gənclər ali təhsillərini bitirdikdən sonra Karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.

IB Club İnkişaf və Karyera Mərkəzində Təcrübəçi olaraq vəzifə öhdəlikləriniz aşağdakılardır:

1. IB Club-da keçirilən conversation, təlim və tədbirlərin təşkili, foto və video çəkilişin təmin olunması, iştirakı təsdiq olunmuş gəncləri yoxlayaraq otağa yönləndirilməsi

2. Üzvlərin kordinasiyası, onlardan feedbacklərin alınması və bu barədə əməkdaş və rəhbərliyə məlumat verilməsi

3. Sizin İnkişafınıza yönəlik olan təlim və tədbirlərdə iştirakınız.

4. Köhnə üzvlərlə əlaqə qurulması və yeni üzvlərin cəlb olunması
5. Moderatorların həftəlik cədvəllərinin alınması və məlumatı əməkdaşlara yönləndirilməsi.

Təcrübə proqramı gənclərə təhsil zamanı öyrəndiklərini işgüzar həyatda tətbiq etmə şansı yaradır, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış edir, bu günün rəqabətli iş dünyasında uğur qazanmaq üçün lazım olan dəyərli bilik və bacarıqları əldə etmək üçün şərait yaradır və IB Club İnkişaf və Karyera Mərkəzi peşəkarları tərəfindən təlimatlanmaq imkanı verir.

CV-lərinizi İ[email protected][email protected] Elektron poçt ünvanlarına “Təcrübə Proqramı İB” adı altında göndərmənizi xaiş edirik.

Avand sosial şəbəkələrdə


Vakansiyalar

©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]