Samsung azərbaycanlı gəncləri işlə təmin edəcək
Təcrübə Proqramı

Texnologiyalar sahəsində aparıcı şirkətlərdən olan Samsung Electronics Caucasus Company LLC Azərbaycan və Gürcüstan üçün “Fresh Graduate Recruitment Program – 2023” layihəsini açıq elan edir! Proqramın məqsədi: Azərbaycan və Gürcüstanın aparıcı Ali Təhsil Müəssisələrindən Bakalavr pilləsinin sonuncu kursunda və ya Magistr təhsili alan istedadlı və seçilmiş gəncləri işlə təmin etmək. Mövcud iş imkanları: Marketinq, B2B, B2C, Təchizat və Məhsulun idarə edilməsi sahələrində. Biz sizə təklif edirik: 1. Bazarda aparıcı şirkətlərin birində əvəzolunmaz iş təcrübəsi qazanmaq imkanı; 2. Liderlik bacarıqlarınızı və peşəkar biliklərinizi tətbiq edə bilmə imkanı; 3. Rəqabətli əmək haqqı və tam təmin olunmuş iş şəraiti Proqram haqqında: 1. Son müraciət tarixi – 20 May, 2023 2. İlkin imtahan – 25 May, 2023 3. Case-study / Qrup müsahibə - İyun, 2023 4. İlkin mərhələləri uğurla keçən namizədlərlə yekun müsahibə - İyun – İyul 2023 5. İşə qəbul – 1 Avqust, 2023 Namizədlərə dair tələblər: 1. Ali təhsil (Bakalavr/Magistr 2023/2022); 2. İxtisas: Marketinq, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, habelə Riyazi, Fizika və texniki ixtisaslar; 3. Marketinq, Təchizat və Satınalma və Məhsulların idarə edilməsi sahəsində işləməyə maraq; 4. İngilis dili biliyi – B2 səviyyəsi 5. GPA: 3.5-4 Müraciət üçün CV-nizi (İngilis dilində), mövzu hissəsində “Fresh Graduate Recruitment Program” qeyd etməklə s[email protected] elektorn ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 gün, 17 saat, 30 dəq
- 5 gün, 17 saat, 20 dəq
- 5 gün, 17 saat, 23 dəq
- 6 gün, 10 saat, 38 dəq
- 6 gün, 11 saat, 20 dəq