Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçmək istəyənlərin nəzərinə

Təcrübə Proqramı

azintelekom


“AzInTelecom” MMC ölkə daxilində təhsil alan tələbə və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə mütəmadi olaraq ödənişli təcrübə proqramı həyata keçirir. Növbəti təcrübə proqramı 2023-cü il yay aylarında 2 ay müddətində təşkil olunacaq.

MMC-dən bildirilib ki, “AzInTelecom” aşağıdakı sahələr üzrə təcrübə və iş imkanları təklif edir:

-Maliyyə nəzarəti və vergilər;

-Mühasibatlıq;

-Büdcə və hesabatlılıq;

-İnformasiya təhlükəsizliyi;

– Məhsul və xidmətlər;

-Marketinq;

-Müştərilərlə əlaqələr (Zəng mərkəzi);

-Keyfiyyətə nəzarət;

-Hüquq;

-Sənədlərə nəzarət (kargüzarlıq);

-Təchizat zəncirinin idarəolunması;

-İnformasiya texnologiyaları;

-Elektrik mühəndisliyi və ya avtomatlaşdırma;

Namizədlər üçün ilkin tələblər:

-Bakalavr və ya magistr dərəcələri üzrə sonuncu kurs tələbələri və yeni məzunlar;

-Təhsili yuxarıda qeyd olunan sahələrə uyğun ixtisaslar üzrə olan şəxslər;

-Proqramı uğurla bitirən iştirakçılar şirkət tərəfindən iş təklifi almaq şansı əldə edəcəklər.

Müraciət üçün 2023-cü il iyulun 20-dək [email protected] ünvanına CV və proqramda iştirak haqqında motivasiya məktubu göndərmək lazımdır. Müraciət edərkən mövzu bölməsinə mütləq qaydada “Təcrübə proqramı” və seçilən sahəni qeyd edin. (Məs: “Təcrübə proqramı”, Hüquqşünaslıq)

Qeyd edək ki, keçirilən təcrübə proqramı gənclər, tələbə və məzunlar arasında olduqca maraqla qarşılanır. 2021-ci ildə təcrübə keçən şəxslər arasında isə fərqlənən 21 nəfər şirkətin əməkdaşı kimi fəaliyyətini davam etdirib. 2022-ci ildə elan edilən proqrama 2000-dən çox gənc müraciət edib və onlardan 46 nəfər şirkətdə təcrübə keçmək şansı qazanıb. Proqramın sonunda öz aktivliyi, bilik və bacarıqları ilə seçilən 19 nəfər “AzInTelecom”da işlə təmin edilib.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]