AFB Bank-da Təcrübə Proqramı davam edir! (Sumqayıt, Qəbələ və Gəncə)

Təcrübə Proqramı


AFB Bankın Sumqayıt, Qəbələ və Gəncə şəhərlərində yerləşən filiallarında Müştəri xidmətləri sahəsində karyera qurmaq istəyənlər üçün Təcrübə Proqramı davam edir!

Siz də bank sektorunda müştərilərlə birbaşa çalışaraq nəzəri və praktiki biliklər qazanmaq istəyirsinizsə, bu layihə sizin üçündür! Təcrübə proqramının sonunda müsbət nəticə göstərənlərin işə qəbulu nəzərdə tutulmuşdur.

Təcrübə proqramına kimlər müraciət edə bilər?
– Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
– Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.

Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
-Ali təhsil;
– Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür);
– MS Office (MS Word, MS Excel) proqramları ilə işləmək bacarığı;
-Ünsiyyətcil və yüksək təqdimat bacarığına malik olma.

Komandamıza qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizi mövzu sətrində “Əməliyyat üzrə təcrübəçi” qeydi edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]